Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Cəmiyyətimizin ən çox buna ehtiyacı var - Millət vəkili

Tarix: 16-06-2019 09:29     Baxış: 3212 A- / A+
Cəmiyyətimizin ən çox buna ehtiyacı var - Millət vəkili

Azərbaycanın milli-azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatından sonra həm ölkə prezidenti İlham Əliyevin, həm də birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlar gözlədiyim və atılması vacib olan addımlar idi.

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa feysbuk səhifəsində yazıb.

Millət vəkilinin sözlərinə görə, söhbət məsələnin maddi tərəfindən getmir, hakimiyyət və siyasət məsələlərinin qat-qat üzərində mövcud olan insanlıq dəyərlərinin önə çəkilməsindən gedir.

"Cəmiyyətimizin ən çox da buna ehtiyacı var. Bir-birimizə hakimiyyət və siyasətin amansız emosiyasından uzaqlaşaraq sırf bir millətə mənsub insanlar kimi sadələşdirilmiş sayğı və ehtiram göstərməyi ənənəyə çevirməmiz olduqca vacibdir. Bu, ənənəyə ona görə çevrilməlidir ki, gələcəyimizdə siyasi-ideoloji dünyagörüşü fərqlilikləri, düşüncə ayrılıqları insan münasibətlərinin dəyərindən heç vaxt üstün tutulmasın, sayı az, problemləri çox olan millətimizn insanlarının bir-birinə aqressiyası azalsın. Mən istərdim ki, həm İlham Əliyevin, həm də Mehriban xanımın bu tərifəlayiq addımının təqdir olunmasından daha çox, cəmiyyət həyatımızda bir müsbət davranış nümunəsi kimi hamılıqla anlaşılması baş versin", - Fazil Mustafa qeyd edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar