Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Almanlar Azərbaycan xurması yeyəcək

Tarix: 08-06-2019 21:25     Baxış: 2250 A- / A+
Almanlar Azərbaycan xurması yeyəcək

"Ümid edirəm ki, 2019-2020-ci illərdə Almaniyaya təqribən 2 mln. ABŞ dolları məbləğində quru xurma ixrac edə bilərik”.

Bu barədə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov məlumat verib.

O bildirib ki, Almaniya xurma alıcısı olaraq dünyada Rusiyadan sonra ikinci sırada qərarlaşıb.

Assosiasiya sədri vurğulayıb ki, hazırda Azərbaycan emal edilmiş quru xurmanı Rusiyaya, Avropa İttifaqı ölkələrinə, həmçinin Baltikyanı ölkələrə ixrac edir.

Q.Yusifov əlavə edib ki, quru xurmanın ixracında ötən illə müqayisədə 30%-lik artım müşahidə edilib: "Ötən il təqribən 400-500 min ABŞ dolları həcmində quru xurma ixrac etmişik”.

Xatırladaq ki, Azərbaycanda xurma əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir. Balakən və Göyçayda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar