Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xəyalə Sevil: "Dünyanın ən savadlı psixoloqudur onun şeirləri..."

Tarix: 07-06-2019 08:11     Baxış: 2266 A- / A+
Xəyalə Sevil: "Dünyanın ən savadlı psixoloqudur onun şeirləri..."

Ramiz Rövşən duyğularımın şeir dilinə təcüməsidir
(essse)

Hər Ramiz Rövşən imzalı şeir oxuyanda mənə elə gəlir ki,indicə ürəyim başı aşağı çevriləcək və ürəyimin bütün daşları töküləcək,bütün mənfi xüsusiyyətlərim canımı çıxarda-çıxarda canımdan çıxacaq.Anam məni bir də doğacaq,bir də böyüyəcəm,bir də insan olacam və çox güman ki, bu dəfə daha yaxşı insan olacam. Şeirin nə olduğunu dərk elədiyim gündən tələsirəm onun şeirlərinə (Anamın yanına tələsdiyim kimi). Elə bilirəm yüz vərəqlik kitabı on dəqiqəyə oxuyub qurtaracam, amma hər misrada qayanıb qalıram. Elə bil, Ramiz Rövşən misralarına daşlar düzüb,vərəqi çevirsəm, ayağıma düşəcəklər.Düşünürəm,düşünürəm.İlahi,bu nə ağır misralardı. Götürməyə ağlım çatmır,hiss etməyə ürəyim.
Dərdləşirəm onun şeirləriylə.Dünyanın ən savadlı psixoloqudur onun şeirləri. Ancaq danışmaqla yox,oxumaqla rahatlaşır insan.Hər onu oxuyanda mütləq nəsə yazmaq istəyirəm.Fikirlərim bütün ürəyimi gəzir.Duyğularımı,hisslərimi,hətta neçə ildi ürəyimdə qırılan,sökülən,hər günü ürəyimin bir küncünə tökülən pər-pərişan xatirələrimi uşaq kimi qucağıma almaq istəyirəm.Nə gün gördü ki yazıqlar...
Yenə qayıdıram,bəzən ləngərləyə-ləngərləyə,bəzən tövşəyə-tövşəyə qayıdıram. Vəhşi bir hərisliklə sarılıram kitaba.Hamısını oxumaq istəyirəm.Elə bil,oxumasam,sözlər başımın üstündən uçacaq,küsüb gedəcəklər.Oxuyuram,oxuyuram.İlahi,bu nədir?! Elə bil,misraların əli var.Yumruqlarının içində saxlayıblar məni misralar.Əzilirəm,sıxılıram. Sanki,yumruqlarını açsalar,düşüb şüşə kimi çiliklənəcəm və hər çiliyimdə ayrı-ayrı insanlara bölünəcəm.Bir nəfərin yox,milyon nəfərin ürəyi ilə yenidən vurulacam onun şeirlərinə.
Kitabı vərəqlədikcə özümlə rastlaşıram.Bəzən özümü sevirəm,bəzən nifrət edirəm.Məni öz təsirinə salır şeirlər. Düşünmək istəyirəm,ancaq düşünmək.Kitabı oxuyub qurtaranda isə mənə sadəcə belə demək qalır:Ramiz Rövşən duyğularımın şeir dilinə tərcüməsidir.

Xəyalə Sevil

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar