Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Putin gənclərə Quran oxumağı tövsiyə etdi

Tarix: 06-06-2019 21:12     Baxış: 3225 A- / A+
Putin gənclərə Quran oxumağı tövsiyə etdi


Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın iri informasiya agentliklərinin rəhbərləri ilə görüşüb.

Manevr.az xəbər verir ki, görüşdə 9 ölkənin, o cümlədən Rusiya, Böyük Britaniya, Almaniya, İran, İspaniya, İtaliya, Çin, Fransa və Yaponiya informasiya agentliklərinin rəhbərləri də iştirak ediblər.

Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə artıq altıncı dəfə keçirilən görüşdə Rusiya Prezidneti iştirakçıları maraqlandıran suallara cavab verib.

İtaliyanın ANSA agentliyinin baş redaktoru Luicu Kontunun "yeniyetmələrə hansı kitabı oxumağı məsləhət görərdiniz” sualına cavabında V.Putin dünya dinlərinin müqəddəs kitablarını, o cümlədən "Qurani-Kərim”i oxumağı tövsiyə edib.

O bildirib ki, dünya dinlərinin humanizmə əsaslanan müqəddəs kitabları – Bibliya, Quran və Tövrat sayəsində dünya daha yaxşı, sakit və sabit ola bilər. Rusiya Prezidenti deyib: "Bu kitablar humanizmə əsaslanır və biz orda yazılan qaydalara riayət etsək, dünya daha yaxşı, sakit və sabit olar”.

"Dayanıqlı inkişafın gündəmini formalaşdıraraq” şüarı altında təşkil olunan forumun proqramına 120-dən çox tədbir daxil edilib. İyunun 8-dək davam edəcək foruma 75 ölkədən 17 min nümayəndə qatılıb. \azərtac


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar