Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hikmət Babaoğlu: “Fransa məhkəməsi Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı”

Tarix: 05-06-2019 18:20     Baxış: 4117 A- / A+
Hikmət Babaoğlu: “Fransa məhkəməsi Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı”

“Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmə cəhdləridir”.

Manevr.az xəbər verir ki, bunu apa-ya açıqlamasında millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Bir müddət əvvəl Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında“Dostluq haqqında xartiya” imzalandığını söyləyən H. Babaoğlu bu faktın digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldüyünü qeyd edib: “Dostluq haqqında xartiya”nın ləğv edilməsi üçün müvafiq qurumlarla səmərəli iş aparıldı. Nəticədə Azərbaycanproblemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail oldu. Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etdi. Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq əlbəttə, uğur hesab edilə bilər. Ancaq bu faktı başqa mühüm tərəfləri də var. Bu da onun yeni hüquqi presedent yaratmış olmasıdır . Məhkəmənin öz qərarını imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması bu hüquqi presedentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır. Bu, təkcə Fransada deyil, digər Avropa Birliyi ölkələrində də bənzər hadisələr baş verərəsə, presedent kimi qəbul edilə bilər”.

Millət vəkili deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı bu tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırıb və belə məsələlərin yolverilməz olduğunu bildirib: “Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq. Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar