Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Şuşada bitən xarı bülbüllə digər rayonlarda bitənin fərqi nədir?

Tarix: 05-06-2019 10:47     Baxış: 3222 A- / A+
Şuşada bitən xarı bülbüllə digər rayonlarda bitənin fərqi nədir?

Xarı bülbül. Yəqin ki, bu çiçək haqqında hamımız eşitmişik. Bu da təbiidir, çünki həmin çiçək Qarabağın, Şuşanın tarixi rəmzi hesab olunur. Deyilənə görə, bu gül yalnız Azərbaycanda , Şuşada bitir. Lakin araşdırmalara əsasən, ölkənin bəzi bölgələrində - Şuşa, Gədəbəy, Şamaxı, Xızıda da - bu çiçəyə rast gəlinir. Bəs Şuşada bitən xarıbüllə digər bölgələrdə bitən növlər eynidir ? Onların arasında nə kimi fərqlər var?

Manevr.az xəbər verir ki, bu barədə Modern.az-a Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani danışıb.
O bildirib ki, xarı bülbülə təkcə Qarabağda yox, Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür.
“Elmdə növ və yarımnöv adlanan iki qrup var. Məsələn, Şuşada olan xarı bülbül digər bölgədə olanlardan bir naxışına görə fərqlənir. Baş nahiyyəsinə yaxın sarı xətt var ki, digər bölgələrdəki xarı bülbüllərdə buna rast gəlinmir. Həmçinin xarıbülbüllərdə “H” hərfinə bənzər naxış var ki, bu da Şuşada olan xarıbülbüldə yoxdur”

Bioloq qeyd edib ki, dünya ölkələrinin florasında xarı bülbülə rast gəlinmir.

“Digər ölkələrdə xarı bülbül bitmir. Düzdür, səhləbkimilərin müxtəlif növlərinə rast gəlinir, lakin bu növ hələ ki, müşahidə olunmayıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar