Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Xocasən, yoxsa Xocahəsən?

Tarix: 05-06-2019 08:40     Baxış: 3214 A- / A+
Xocasən, yoxsa Xocahəsən?

Binəqədi rayonunda yerləşən Xocasən qəsəbəsinin adı mediada və bəzi rəsmi məlumatlarda yanlışlıqla “Xocahəsən” formasında yazılır.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu qəsəbənin adı Xocasəndir və rəsmi sənədlərdə də bu cür qeyd edilib.

Qəsəbənin adını az qala hər gün press-relizlərində yazan qurumlardan biri - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirildi ki, qəsəbənin adının bəzi hallarda “Xocahəsən” deyə yazılması rəsmi saytlara görədir. Belə ki, bəzən qəsəbənin adının “Xocəhəsən” formasında qeyd edilməsinə də rast gəlinir.
Bildirildi ki, artıq son aylarda qəsəbənin adı yaydıqları məlumatda “Xocasən” olaraq qeyd edilir.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə qeyd etdi ki, 1999-cu ildə Xocasən inzibati ərazi vahidi təsdiq olunduğu zaman rəsmi sənəddə hansı formada yazılıbsa, o formada – yəni “Xocahəsən” olaraq yazırlar:

“Biz məhz 1999-cu ildə rəsmi sənəddə yazılana əsaslanırıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar