Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

RAMAZANINIZ SEVGİYƏ - Çinarə Ömrayın xəyal ürünləri...

Tarix: 04-06-2019 18:32     Baxış: 2324 A- / A+
RAMAZANINIZ SEVGİYƏ - Çinarə Ömrayın xəyal ürünləri...
Ramazan ayı idi.
Onu bu ayda itirmiş, yenidən qayıdıb bu ayda qazanmışdım.
Əslində itirməyincə o boşluğu duymayacaqsan. Bir tərəfinin necə kimsəsiz qaldığını, içindəki boşluğa bir ip atıb gah özünü, gah da günahlarını asıb yelləməyi və bundan dolayı necə xoşbəxt-xoşbəxt bədbəxtləşməyini bilməyəcəksən.
O aralar da, belə idim...
Camaatın boğazında çöp qalar, gedər çöpçüyə, o da çıxarar.
Mənim boğazımda adam qalmışdı, adam!
Bir ramazan gecəsi görüşdük.
Heç nə demədən mənə elə bərk-bərk sarıldı ki...Bir anlıq bütün boğazımda qalan adamlar yox oldu, gecənin üzünə günəş güldü, bütün oruc tutanlar təşfişə düşdü ki, ay vaxtından öncə doğdu, pis iş görmüş adam kimi üzüqara olan gecə də qiyafəsini dəyişib təzə gəlin kimi utana-utana gülümsədi.
Sonra heç nə demədən addımladıq. Gecənin dərinliyinə, sahura doğru addımladıq.
Çox şey dəyişdi o gecə. Bir dost ramazanda sahura aşiq oldu. Sonra bütün gecələrə günəş doğdu. Sonra da həqiqət doğuldu. Hamının axtardığı, uğrunda öldüyü, dünyanın müharibələr apardığı o həqiqətə çatmışdıq həmin ramazan.
O gündən ramazan sevgi ayı olmuşdu. İkimiz bir əldə ucalmışdıq allaha, ikimiz bir enerjidən doğulmuşduq o gecə, ikimiz bir bədəndə yox olmuşduq.
Otağın küncündə birinin göyə açılan ovuclarından, digərinin tavana dikilmiş gözlərindən dualar ucalırdı üzü ərşə.
Allah eşitmişdi...İllər sonra anlamışdım ki, allah mənim dualarımı baxışlarımdan oxuya bilirmiş, sən demə.
Kiminin duaları ovuclarından, kiminin duları isə baxışlarından oxunurmuş.

O gündən gözlərim göylərdən yığılmır. O gündən məni bir baxışımdan yerdə o, göydə isə o biri anlaya bilir.
Ancaq ikisi də yaxın olduğu qədər uzaqdır, mənim olduğu qədər deyil , real olduğu qədər xəyal ürünüdür...

Ramazanınız sevgiyə...

Çinarə Ömray

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar