Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda “Dikiy batalyon”un şücaəti haqda ilginc faktlar - Video

Tarix: 03-06-2019 21:39     Baxış: 3256 A- / A+
Qarabağda “Dikiy batalyon”un şücaəti haqda ilginc faktlar - Video

REALTV I Qarabağ Müharibəsi illərinə dair arxivləri işıqlandırmaqda davam edir.

Manevr.az xəbər verir ki, kanalın “Mir Şahinin vaxtı” proqramı yenidən hərbi operator İlham Ələkbərovla birlikdə yaxın keçmişə səyahət edib.

Bu dəfəki proqramda 1992-1993-cü illərə dair xatirələrini danışan hərbi operator, Sərsəng su anbarı və Ağdamın Gülablı kəndində çəkilmiş kadrları yayımlayıb. Hərbi operator Sərsəng su anbarını qoruyan “Dikiy batalyon” adlandırılan hərbi hissənin qəhrəmanlığından danışıb:

“Burdakı oğullar ürəklə döyüşən əsl milliyyətçi, qorxmaz igidlər idilər. Lakin onlara heç bir şərait yaradılmamışdı. Batalyona verilmiş tanklar işləmirdi, mərmisi də yox idi. Sadəcə ermənilərin gözünü qorxutmaq üçün idi. “Dikiy batalyon”un əsgərləri düşmən tanklarına qarşı yalın əllə döyüşürdü desək yanılmarıq.

Bundan başqa Ağdamın Abdal Gülablı kəndi vardı. Bu kənd Sovetlər dönəmində kurort zona hesab olunurdu. Lakin müharibə onu xaraba qoymuşdu. Ən dəhşətlisi bu idi ki, düzgün kəşfiyyat olmadığına görə, öz əsgərlərimiz orda yaralanır, qırılırdılar”.

Proqramda Sərsəng su anbarı və Ağdamın Gülablı kəndində qeydə alınmış arxiv materialları təqdim olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar