Xəbər lenti
Pirşağıda su "mafiyası" - Su maşınla gətirilir, 35 manata satılır...
Su problemi yaşayan Pirşağı saknləri yenidən redaksiyamıza müraciət ediblər.
Manevr.az-a ünvanlanan şikayət məktubunda bildirilir: "3 gündü gecə də su gəlmir. Suyu bağlayıb vermirlər ki, su maşınları ilə satsınlar. Bir üstü çənli "ZİL" markalı maşınla gətirilən suyu 35 manata satırlar. 5 kub suyun qiyməti realda 1 manat 80 qəpik olduğu halda 35 manata satırlar."
Susuzluqdan əzyyət çəkən Pirşağı sakinlərinin harayını "Azərsu" ya çatdırsaq da sakinlərin redaksiyamıza eyni şikayətlə üz tutması problemin həll olunmadığını göstərir. Görünür nə mübarək ayın savab anlayışı, nə də mərhəmət hissinin oyanışına çağırışımız aidiyyəti qurumun divarlarından o yana keçməyib...
Xatırladaq ki, bir müddət əvvəl Pirşağı sakinlərinn şikayətini əks etdrən yazını işıqlandırmaqla bərabər "Azərsu"ya müraciət də ünvanlamışdıq.
Pirşağa qəsəbəsinin sakinləri qəsəbəyə şirin su verilməməsindən şikayət edirlər. Sakinlər qeyd edirlər ki, dəfələrlə su idarəsinə şikayət etsək də, bir nəticəsi olmayıb, hər dəfə də deyirlər ki, yalnız gecələr su verəcəyik. Bütün qəsəbənin sakinləri səhərədək yatmır ki, bəlkə su gəldi, lakin gəlmir ki, gəlmir. 012 425 53 50 nömrəsinə zəng vurananda isə deyirlər ki, gedin hara istəyirsiniz şikayət edin.
Manevr.az olaraq bu işə cavabdeh olan qurumlara üz tuturuq. Heç olmasa bu Mübarək Ramazan ayında mərhəmət hissinizi oyadın, müsəlmançılığı nəzərə alıb Pirşağı sakinlərini su ilə sınağa çəkməyin. Biz inanırıq ki, sakinlərin su problemi tezliklə həll olunacaq. Bununla həm suya həsrət qalan sakinlərin əziyyətinə son qoymuş olarsız, həm də savab qazanarsız, Allaha da xoş gələr.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar