Xəbər lenti
Ağ Ev müsəlmanlarla bağlı çağırış etdi
Ağ Ev yalnız müsəlman olduqlarına görə insanların terrorçu olmasından ehtiyatlanmamağa çağırıb.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə brifinqdə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.
“Əgər biz konkret dinə etiqad edən insanlara dair şübhələri artırsaq, hücumların çoxalmasına kömək etmiş olarıq”, - deyə Ernest bildirib.
Qeyd edək ki, İŞİD terror qruplaşması ABŞ-ın Ohayo ştatında noyabrın 28-də universitetə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın bundan əvvəl verdiyi xəbərə görə, terrorçu qruplaşma ilə əlaqəli “Amaq” saytı hücum edən Əbdül Razak Əli Artanın İŞİD-in “əsgəri” olduğunu qeyd edib.
Qeyd edək ki, noyabrın 28-də səhər saatlarında adıçəkilən 20 yaşlı şəxs idarə etdiyi avtomobili universitetin ərazisində piyadaların üstünə sürüb, sonra isə, maşından düşərək bıçaqla tələbələrə zərbələr endirməyə başlayıb. İnsident nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə yerinə gələn polis əməkdaşları silahlını məhv edib. apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar