Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Statistika Komitəsinin nümayəndə heyəti Lissabonda təlim səfərində

Tarix: 30-05-2019 12:20     Baxış: 3126 A- / A+
Statistika Komitəsinin nümayəndə heyəti Lissabonda təlim səfərində


28-31 may 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Portuqaliya Milli Statistika İnstitutunda yüksək vəzifəli şəxslər üçün təlim səfərində iştirak edirlər.

Manevr.az xəbər verir ki, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədi statistik işlər proqramının hazırlanması, coğrafi informasiya sistemləri, biznes statistikasında istifadə olunan təsnifatlar, statistik biznes reyestr, seçmə müayinələrin təşkili, respondentlərin üzərinə düşən statistik yükün azaldılması, inzibati məlumatlardan istifadə, statistik məlumatların yayılması və istifadəçilərlə əlaqələrin qurulması sahəsində Portuqaliya təcrübəsinin öyrənilməsidir.
Səfər müddətində Portuqaliyalı mütəxəssislər tərəfindən rəsmi statistika məlumatlarının istehsalı prosesi, statistik fəaliyyətlərin planlaşdırılması, statistik işlər proqramlarının, qısamüddətli və uzunmüddətli strategiyaların hazırlanması, coğrafi informasiya sisteminin və statistik biznes registrin təşkili, məlumatların yayılması və istifadəçilərlə əlaqələrin qurulması, kadr potensialının gücləndirilməsi, statistik məlumatların istehsalı prosesində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təqdimatlar nümayiş olunub. Eyni zamanda, Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən rəsmi statistika məlumatlarının istehsalı prosesinin təşkili, son illər bu sahədə həyata keçirilmiş islahatlar və layihələr barədə Portuqaliya tərəfinə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Portuqaliya Milli Statistika İnstitutu arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar