Xəbər lenti
Azərbaycanlı şair "Çelsi"yə himn yazlb və Sarriyə təqdim edib - ŞƏKİL
Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşündən sonra keçirilən mətbuat konfranslarından birində maraqlı hal baş verib.
Manevr.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri fikirlərini bildirərkən konfrans zalına necəsə daxil ola bilmiş (akkreditasiya vəsiqəsi olmamış) Ramiq Muxtar adlı azərbaycanlı şair-dramaturq əlini uzadaraq söz istəyib. Lakin UEFA-nın nümayəndəsi ona sual vermək imkanı yaratmayıb.
Sonra 76 yaşlı veteran ayağa qalxaraq əlindəki faylları Sarriyə təqdim etmək istədiyini bildirib. Ancaq UEFA mühafizəçilərindən biri buna da imkan verməyib. O isə fayların mahnı sözləri olduğunu və “Çelsi”yə təqdim etmək istədiyini bildirib.
Mətbuat konfransı bitdikdən sonra isə London klubunun baş məşqçisi Ramiq Muxtardan mətni alıb və ona təşəkkürünü bildirib. Sarrinin bu addımı alqışlarla qarşılanıb.
Sonradan məlum olub ki, şair “Arsenal” üçün də mahnı sözləri yazıbmış.oxu.az



Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar