Xəbər lenti
“İdrak” liseyi Bakı filialında Respublika gününə həsr olunmuş tədbir keçirildi -ŞƏKİLLƏR
Manevr.az xəbər verir ki, “İdrak” liseyi Bakı filialında “28 May Respublika günü”-nə həsr olunmuş Azərbaycanın milli mənəvi dəyərlərini, tarixini, mədəniyyətini əks etdirən “Odlar Yurdu” (The land of fire) adlı tədbir keçirildi.
Ulu Öndər Heydər Əliyev demişdir:
“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.
Bu gün gənc nəsil öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamalı, zənginləşdirməli və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə çevirməlidir.
Bu gün tədbirin keçirilməsində məqsəd vətənimiz odlar yurdunun milli-mənəvi dəyərlərini yaşatmaq, şagirdlərimiz arasında təbliğ etməkdir.Çünki, bu gün Azərbaycanın milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmaq ən çox gənclərimizin üzərinə düşür.
Tədbirdə bir çox fəxri qonaqlar iştirak etdi. Binəqədi Rayonu İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev , baş məsləhətçisi Elnur Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris Resursları şöbəsinin müdiri Elvin Rustəmov, Bəstəkarlar İttifaqının katibi fəxri mədəniyyət işçisi Sərdar Fərəcov, Baki Beynəlxalq Multikulturologiya Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, ADA Universitetinin müəllimi Amy Zhupikov, Azərbaycan Dillər Unirversitetinin müəllimi, professor Vitor Silva və digər qonaqlar iştirak etdilər. Tədbiri liseyin təsisçisi, pedoqoji elmlər doktoru, professor Mönsüm Alışov açıq elan etdi. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov milli-mənəvi dəyərlər haqqında çıxış etdi. Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova milli geyimlərimizin tarixinin öyrənilməsinin nə qədər önəmli olduğunu qeyd etdi.,Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Azərbaycanın milli mətbəxindən söz açaraq, “İdrak” liseyində milli mətbəxin təbliğ olunmasını, belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirdi.
Kulturoloq, Simurq təşkilatının rəhbəri Fuad Məmmədov , Təhsil üzrə ekspert, professor Şahlar Əsgərov Azərbaycanda müasir təhsildən və bu təhsilin Azərbaycan gənclərində milli-mənəvi dəyərlərinin formalaşması yolunda əhəmiyyətindən ,Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent Radif Mustafayev müasir gəncliyin təhsilə daha çox önəm verməsindən söz açdılar. Tədbir liseyin həyətində şagirdlər tərəfindən milli ruhda təşkil olunmuş sərgi ilə davam etdi. Şagirdlər azərbaycan və ingilis dilində öz çıxışlarını təqdim etdilər. Şagirdlərin çıxışları Azərbaycanın qədim musiqisini, aşıq sənətini, milli rəqsləri , geyimləri, xalçaçılıq sənətini, xalq ədəbiyyatının incilərini əhatə edirdi. Tədbir liseyin ingilis dili kafedrasının müdiri Quliyeva Qıztamam tərəfindən təşkil olunmuşdu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar