Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Erməni fitnəkarlıqlarının başında erməni kilsəsi dayanır” - Millət vəkili

Tarix: 27-05-2019 17:42     Baxış: 3142 A- / A+
“Erməni fitnəkarlıqlarının başında erməni kilsəsi dayanır” - Millət vəkili

Ümumiyyətlə, erməni kilsəsi həmişə şər mənbəyi olub. Eyni zamanda, erməni kilsəsinin heç erməni xalqına xeyri olmayıb. O din ki, o dini ocaq ki, siyasətə qarışır, o din, o dini ocaq da murdarlanır. Erməni kilsəsi də çoxdan murdarlanmış bir dini ocaqdır.

Bunu mətbuata açıqlamasında millət vəkili Musa Quliyev Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışına münasibətini bildirərkən deyib.

“Bu mənada katalikosun Qarabağın Ermənistana birləşdirilməsi bəyanatı heç də təzə söhbət deyil. Əslində Qarabağla bağlı ilk bəyanatı da 1988-ci ildə elə erməni katalikosu vermişdi”-deyən millət vəkilinin sözlərinə görə, amma ondan ötən dövr ərzində ermənilər nə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya və tanıda, nə də onu Ermənistana birləşdirə bildilər.

“Çünki həm Azərbaycanın gücü, həm Azərbaycan prezidentinin apardığı beynəlxalq siyasət, həm də Azərbaycanın beynəlxalq aləmdəki imici və vaxtında apardığı diplomatik səylər buna imkan vermədi. Bundan sonra da erməni katalikosu yəqin ki, Dağlıq Qarabağı yuxusunda görəcək. Bəlkə neçə əsr sonra gələn katalikoslar da ola bilər ki, bu fikirlərə düşsünlər, sərsəmləsinlər.Amma heç vaxt Qarabağ Ermənistana birləşməyəcək, Qarabağ Azərbaycan torpağı olaraq qalacaq. Ola bilər ki, Qarabağdakı ermənilər köçüb, gedib Ermənistanda yaşayarlar. Bunu da zaman göstərəcək”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, bütün erməni fitnəkarlıqlarının başında erməni kilsəsi və zaman-zaman əvəzlənən katalikoslar dayanır.

Onun sözlərinə görə, on illərdir, yüz illərdir erməni xalqını şovinizm xəstəliyi, vandalizm, niftət, kin hissi ilə bəsləyən, yetişdirən məhz erməni kilsəsi, erməni keşişləri, din adamlarıdır.

Millət vəkili bildirib ki, onlar əslində öz xalqlarının baş bəlalardır:

“Din, əsl, Allah yolunda olan din adamları insanları, ümmətləri daim sülhə, barışa səsləyib. İnsanları, ümmətləri ədalətsizliklərdən, mərhəmətsizliklərdən, qanlardan uzaq olmağa çağırıb. Amma erməni din adamları-keşişlər, katalikoslar daim bunun əleyhinə gediblər, həmişə fitnə-fəsadla məşğul olublar, öz xalqalarını bədbəxt və zavallı günə salıblar. Onlar öz murdar xislətləri ilə Allahın evi sayılan dini ocağı-kilsəni ömürlük murdarlayıblar. Belə görünür ki, onlar heç zaman dəyişməyəcklər, islah olmayacaqlar, Allah, din yoluna qayıtmayacaqlar. Erməni katalikosunun son sərsəmləməsi, son fintəkar çağırışı da bir daha bunu göstərir, təsdiqləyir. Amma nə edirlər, etsinlər, milyon kərə çağırış, bəyanat səsləndirsinlər, heç nə alınmayacaq, nə Qarabağı müstəqil dövlət kimi tanıda, nə də Qarabağı Ermənistana birləşdirə biləcəklər. Bütün arzuları gözlərində qalacaq. Buna tam əmin olsunlar!”.etikxeber.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar