Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Əsassız qərardan çox təəssüflənirik” - Mxitaryanla bağlı qərara reaksiya

Tarix: 21-05-2019 22:28     Baxış: 3309 A- / A+
Əsassız qərardan çox təəssüflənirik” - Mxitaryanla bağlı qərara reaksiya

"Biz "Arsenal” klubunun Henrix Mxitaryanın öz komandası ilə birgə Çelsiyə qarşı UEFA Avropa Liqasının final oyununda iştirak etmək üçün Bakıya gəlməyəcəyi ilə bağlı bəyanatından məyus olduq”.

Manevr.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib:

""Arsenal” klubu, oyunçunun özü və ailəsi ilə birgə qəbul edilən bu əsassız qərardan çox təəssüflənirik”.

Baş katib bir daha vurğulayıb ki, Azərbaycan Mxitaryanın təhlükəsizliyinin təminatı ilə bağlı UEFA-nın tələb etdiyi bütün mümkün zəmanəti təqdim etmişdi:

"Azərbaycanın təqdim etdiyi zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Son on ildə çox sayda erməni idmançı hər hansı insident olmadan Azərbaycanda təşkil olunan müxtəlif növ beynəlxalq idman yarışlarında iştirak edib. Nəhayət, hesab edirik ki, məyusluq yaradan bu qərar heç bir şəkildə qarşıdakı böyük oyunun əyləncə və keyfiyyətinə təsir etməyəcək. Səbirsizliklə hər iki komandanı Bakıda gözləyirik”.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar