Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Tolik borcumuzu ödəmək istəyirdi, amma bank özü borcu sildi” - Şəhid anası

Tarix: 28-11-2016 19:16     Baxış: 5348 A- / A+
“Tolik borcumuzu ödəmək istəyirdi, amma bank özü borcu sildi”


Artıq bir neçə gündür müzakirə olunan şəhid ailəsinin “Unibank”a olan borc məsələsi öz həllini tapıb.

Unibankdan verilən məlumata görə, bank rəhbərliyi müştəri Baxşəliyeva Çimnaz Əsgər qızının kredit borcunun bağışlanmasına qərar verib. Müştəri Çimnaz Baxşəliyeva aprel döyüşlərində şəhid olan Rəşid Baxşəliyevin anasıdır.

“Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq, Unibank şəhidin anasının borcunun silinməsini özünün mənəvi borcu bilir. Eyni zamanda bu məsələni gündəmə gətirdiyi üçün bank mövzunu işıqlandıran Kütləvi İnformasiya Vasitələrinə təşəkkürünü bildirir”,-deyə açıqlamada bildirilib.

Məsələ ilə bağlı şəhid anası Çimnaz Baxşəliyeva Modern.az-a açıqlama verib. O, bank tərəfindən borcun silindiyini təsdiq edib:

“Eşitdim ki, prodüser Tarix Əliyev (Tolik) bizim borcu bağlamaq istəyib, amma bankdan buna razı olmayıblar. Bu gün səhər bizi banka çağırmışdılar. Bank rəsmiləri borcu bağlayaraq akt yazdılar”.

Ç.Baxşəliyeva kütləvi informasiya vasitələrinin əməkdaşlarına mövzunu diqqətdə saxladıqlarına görə təşəkkür edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar