Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan Dağlıq Qarabağ AÇIQLAMASI: ilkin şərtlər...

Tarix: 18-05-2019 09:32     Baxış: 3254 A- / A+
Paşinyandan Dağlıq Qarabağ AÇIQLAMASI: ilkin şərtlər...

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq prosesini gücləndirməyi zəruri hesab etmir.

Manevr.az xəbər verir ki, hökumət rəhbəri bunu rus jurnalistləri ilə görüşündə bəyan edib.

"Biz bu prosesi gücləndirməyəcəyik, amma tormozlamayacağıq da, çünki münaqişə var və mən düşünmürəm ki, onu unutmaq məqsədəuyğundur", - Paşinyan vurğulayıb.

Bununla belə, Ermənistan Nazirlər Kabinetinin başçısı qeyd edib ki, Qarabağda münaqişənin nizama salınması üzrə danışıqlar üçün ilkin şərtlər qoymağa hazırlaşmır.

Paşinyanın fikrincə, Qarabağ məsələsini həll etmək olar, amma bunun üçün Dağlıq Qarabağı danışıqlar prosesinə "qaytarmaq" lazımdır.

Bundan başqa, erməni baş naziri vurğulayıb ki, Moskva regionda mümkün yeni eskalasiyaya yol verməmək üçün lazımi təsir vasitələrinə malikdir: "Əminəm ki, Dağlıq Qarabağ regionunda eskalasiyanın qarşısını almaq üçün Rusiyanın bütün təsir imkanları var və inanmıram ki, lazım olduğunda Rusiya onlardan istifadə etməsin".unikal.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar