Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat İsa Qəmbərin fikirinə etiraz etdi: "... o zaman qanlı müharibələr başlamalıdır"

Tarix: 16-05-2019 13:38     Baxış: 3248 A- / A+
Deputat İsa Qəmbərin fikirinə etiraz etdi: "... o zaman qanlı müharibələr başlamalıdır"

BAXCP-nin mətbuat xidməti İsa Qəmbərin "Keşikçi " monastır kompleksini kimə məxsus olmasını alimlər müəyyən etməlidir” və İlham İsmayılın "biz Gürcüstanla ərazi mübadiləsi çərçivəsində monastırı Gürcüstana verə bilərik” kimi fikirlərinə partiyanın sədri, millıt vəkili Qüdrət Həsənquliyevin münasibətini öyrənib.

Manevr.az-ın mia.az-a istinadən məlumatına görə, BAXCP sədri bildirib ki, hər iki fikir çox zərərli və təslimçilik ruhunda verilən açıqlamalardır: "XXI əsrdə sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Eyni əhəmiyyətli torpaqların dəyişdirilməsindən söhbət gedə bilər. Keşikçidağ kompleksi tarixi abidədir. Azərbaycan həmin ərazidə hotellər tikib, turizmi inkişaf etdirib gəlir əldə etməlidir. Əgər tarixdə hansı torpaq hansı xalqa məxsus olub düşüncəsi ilə məsələyə yanaşsaq, bütün Avropada, dünyada dövlətlərin sərhədləri dəyişməli, yeni ərazilər uğrunda qanlı müharibələr başlamalıdır.

Bundan başqa həmin kompleks alban abidəsidir. Hətta gürcü abidəsi olsa belə bu heç nəyi dəyişmir.

Bu məntiqlə Azərbaycan da gərək 1736- cı ildə Nadir şah tərəfindən Gəncə xanlığından alınıb gürcü xanlığı Kaxetiyaya verilmiş Borçalını tələb etsin. Gürcüstanla bizim aramızda viza rejimi yoxdur. Nə vaxt istəyirlər pulsuz ziyarət etsinlər oranı. Sərhəd rejimini də tam sadələşdirə, yaxud aradan qaldıra bilərik. Halbuki İtalyanlar Milandakı məhşur "Duomo” kilsəsini muzeyə çevirib böyük məbləğdə pul yığmağa başlayıblar.

Keşikçidağı bizdən alacaqlarsa, xalq olaraq heç vaxt Qarabağı azad edə bilmərik. Deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar