Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalistdən ÇAĞIRIŞ: "Dizaynerlərin, proqramçıların təxribatlarına uymayın"

Tarix: 14-05-2019 23:11     Baxış: 2303 A- / A+
Əməkdar jurnalistdən ÇAĞIRIŞ: "Dizaynerlərin, proqramçıların təxribatlarına uymayın"

"Dizaynerlərin, proqramçıların təxribatlarına uymayın, saytlarınızın "oturuşmuş" dizaynını dəyişməyin"

Manevr.az xəbər verir ki, Əməkdar jurnalist Rəhman Orxan sayt rəhbərlərinə müraciət edib:

"Əziz dostlar! Heç vaxt saytınızın LOQO-sunu, quruluşunu (strukturunu) dəyişməyə tələsməyin! Bilirəm, sizləri buna bəzi dizaynerlər, proqramçılar sövq edirlər. Boş qalmamaq, pul qazanmaq üçün. Onlar qazanc əldə etmək xatirinə kimlərinsə vasitəsilə redaksiyalarla əlaqə saxlayıb, sayt rəhbərlərini inandırmağa çalışırlar ki, guya saytın mövcud dizaynı hansı səbəblərə görəsə "müasir deyil, primitivdir" və s.

Baxın, nə Amerikanın məşhur "Nyu-York Tayms", "Vaşinqton-Post", nə də Rusiyanın "Pravda" və "İzvestiya" və s. qəzetləri öz loqotiplərini heç vaxt dəyişmirlər. Çünki qəzet elə ilk yarandığı "sifətdə" qalmalıdır. Sayt da o cümlədən. Guya amerikanların, ya da rusların texniki imkanları, ya da yaxşı dizaynerləri yoxdur, bizdən acizdirlər?

Şahidiyəm ki, neçə-neçə saytın dizaynı, strukturu dəyişdikdən sonra çoxlu problemlər yaranıb, ən başlıcası - əksər arxiv yazıları itib. Buna görə də hətta bir vaxt populyar olan bəzi saytlara üz tutanların, istifadəçilərin sayı da kəskin azalıb. Həmin saytlardan birinin rəhbəri bunu etiraf etmək istəməsə də, onun saytı bərbad günə düşərək, labirintə, rebusa çevrilib, istifadəsi çətinləşib. Bəzi dizaynerlər, proqramçılar bunu qəsdən edirlər ki, sayt rəhbərlərini özlərindən asılı vəziyyətə salıb, daha çox pul qopartsınlar. Dostlar, buna yol verməyin, oxucularınızı itirməyin!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar