Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ahıl ər və arvadı öldürən şəxs saxlanılıb

Tarix: 28-11-2016 11:38     Baxış: 5248 A- / A+
 Ahıl ər və arvadı öldürən şəxs saxlanılıb


Keçən həftə Lənkəranda ahıl ər və arvadı öldürən şəxs saxlanılıb.

Məlumata görə qətli törədən Fəqan Mikayılov adlı Lənkəran şəhər sakini olub. Hazırda o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən istintaqa cəlb olunub.

Hadisənin təfərrüatına gəlincə, araşdırmalar nəticəsində aydın olub ki, qətlə yetirilən 77 yaşlı Aydın Allahverdiyev uzun illər ticarətlə məşğul olub. Maddi vəziyyəti yaxşı olub. Hətta sələmə pul da verib.

Qətl də 1000 manat pul üstündə olub. Gecə saatlarında evə daxil olan F.Mikayılov 75 yaşlı Azadə Allahverdiyeva ilə üz-üzə gəlib. F.Mikayılov əlindəki odun parçası ilə qadının baş nahiyəsindən zərbə endirib. F.Mikayılov digər otağa keçərək A.Allahverdiyevin yaxasından yapışıb və ondan 1000 manat pul tələb edib. Ev sahibi qışqıraraq köməyə çağırmaq istədikdə F. Mikayılov onun da baş nahiyəsinə bir neçə güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərində Şəhidlər xiyabanı küçəsi 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Allahverdiyevanın üzərində xəsarətlər olan meyitləri aşkarlanmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar