Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hikmət NİKBİN: "Adam olmaq qorxusunu yaşayır, Tanrı, qoru dünyandan o mələyi" -ŞEİRLƏR

Tarix: 27-11-2016 20:29     Baxış: 1433 A- / A+
Hikmət NİKBİN: "Adam olmaq qorxusunu yaşayır, Tanrı, qoru dünyandan o mələyi"

***
Nə çox möcüzən var imiş-
Əsanın əjdaha ölümü,
barmaqla ayın bölümü...
Qıy, birini də mənə ver,
Mən də ayı yeyim, Tanrı.

Su umuram, susamıram,
qəribədi...
Sıxcalasan suyum çıxmaz,
Bəs necə, nə təhər damıram,
qəribədi...

Bütün ayrılıqlar
gözdən, ayaqdan gəlir,
Sevinmədim məndə olanlara...
Götür nəyin varsa, Tanrı,
Ayrılıqlara dözə bilmirəm.

Ey-vay, 21-ci əsr !
Bütün əclaflığından
xəbərsiz adam kimi
Səndən tez öləcəm...


***
Əvvəlki Hikmət başqaydı-
başqa ayaqda, başdaydı.
...qum, ağac, torpaq yaşdaydı,
De görüm, Hikmət hardadı...

Başında dörd göz daşıdı,
Padşahından söz daşıdı.
Çox gecə- gündüz daşıdı,
De görüm, Hikmət hardadı...

Divanəsən lap dəlisən,
...lap gedən, gələn yüz ilsən.
Hər nəsən, Hikmət deyilsən,
De görüm, Hikmət hardadı...

Bu özünə tuş olduğum-
güzgüdən tanış olduğum,
Adama qalmış olduğum,
De görüm, Hikmət hardadı.


****

Hələ ləçək yuxusunu yaşayır,
Min cənnətin qoxusunu yaşayır,
Adam olmaq qorxusunu yaşayır,
Tanrı, qoru dünyandan o mələyi.

Qorxuram ki, qız-gəlinə tən gələ,
Duman ala üst-başını, çən gələ...
Göyə sığan, Yerə sığa...gün gələ,
Tanrı, qoru dünyandan o mələyi.

ADAMLIQda bilmir ölüm gizlənir,
...ağlı gedir, bəlkə ona göz dəyir.
Göy qatından, qanadından o enir,
Tanrı, qoru dünyandan o mələyi.

Mələklikdən qopsa ana olacaq,
...ayla ilin arasında qalacaq.
Qadasın bir qədirbilməz alacaq,
Tanrı, qoru dünyandan o mələyi.

Əl-ayağın hələ şeir çəkirsə,
Səni göylər, onu da Yer çəkirsə,
...ayrı axşam, ayrı səhər çəkirsə,
Tanrı, qoru dünyandan o mələyi.


***
Gecə- kipriyə sevgili,
Haçandı kipriyə gəlir...
Gedirik axşama, kipriyim,
Gözün aydın, yiyən gəlir.

Gözlərin axır, süzülür,
Sevinmək vaxtındı sənin...
Hamı ağ səhərindən yarıyır,
Gecən baxtındı sənin.

Bu eşq çox min ildi bilinmir,
Sizi kim görür
Tanrıyla məndən savayı...
Hamı Leyliyə, Məcnuna könkürür
Tanrıyla məndən savayı.

Eşq peyğəmbəriyəm axı,
Şükürlüdü Leylilər, Məcnunlar.
Ağıllı ağacların dəli sevgisindən
gövdəsini sındıran var...

Kipriyim- qanadlı mələk,
Çırpınır gözümün dibində...
Gecəsi, hardasan...?! Gəl görüm,
Kipriyim sakit durmur
mən adlı qəbrində...


Hikmət NİKBİN

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar