Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Dəlidağ” və “Dan yeri” Ədəbi Birliklərinin üzvləri Şabranda olub -ŞƏKİLLƏR

Tarix: 06-05-2019 12:44     Baxış: 3615 A- / A+
“Dəlidağ” və “Dan yeri” Ədəbi Birliklərinin üzvləri Şabranda olub

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Dəlidağ” və “Dan yeri” Ədəbi Birliklərinin üzvləri Şabranda tədbirdə iştirak ediblər.

Manevr.az xəbər verir ki, Şabran rayonunun Ağbaş kəndində şair-publisist, ömrünün 50 ildən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edən, tanınmış pedaqoq, “Yoldayam”, “Ömrün qürub çağı”, XX əsr aşıq sənətinin tanınmış nümayəndəsi Aşıq Zəbullaya həsr olunmuş “Aşıq sənətinin “Koroğlusu Bığ aşıq” kitablarının müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şərbətəli Ümrənin (Mahmudov) yaradıcılıq gecəsi keçirilmişdir.

Ağbaş kənd klubunda keçirilən tədbirdə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Dəlidağ” və “Dan yeri” Ədəbi Birliklərinin üzvləri (10 nəfərlik heyət), rayonun tanınmış şairləri, ziyalıları, kənd sakinləri, kənd kitabxanasının fəalları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə tədbirin təşəbbüskarı, Ağbaş kənd kitabxanasının direktoru, şair Qızqayıt Həsənli açmışdır.

“Şabran" Ədəbi Birliyinin sədri, AYB-nin üzvü, şair Qafar Süleyman Şərbətəli Mahmudovun yaradıcılığı haqqında məlumat vermiş və ona Birliyin diplomunu təqdim etmişdir.

Sonra söz Sumqayıtdan gələn qonaqlara verilmişdir. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Dan yeri” Ədəbi Birliyinin sədri, şair, publisist Radiq Oday, “Dəlidaq” Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional bölməsini sədri, şairə Qənirə Mehdixanlı, “Yeganə yol” qəzetini təsisçisi və baş redaktoru, şair, publisist Firdovsi Cəfərxan, tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü Zümrüd Baloğlanova, “Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru, şair, publisist Nisə Qədirova, “Günəşli Sabah” qəzetinin təsisçisi və baş redaktoru, jurnalist Aygün Hacıyeva, “Dəlidaq” Ədəbi Birliyinin sədr müavini, şair Sevinc Qərib, “Möhtəşəm Azərbaycan” qəzetinin baş redaktor müavini Mərcan Sabirqızı çıxış edərək Şərbətəli Mahmudova yeni yaradıcılıq uğurlar arzulamışlar. Həmçinin Şərbətəli Mahmudov Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının “Müqəddəs qələm” və “Yeganə yol” qəzetininin “Xalq ziyalısı” diplomları ilə təltif edilmişdir.

Tədbirdə Aşbaş kənd İcra nümayəndəsi Nübar Saracov, uzun illər Ağbaş kənd orta məktəbinin direktoru işləmiş və hazırda da pedaqoji fəaliyyətini davam etdirən Bəhram Fətullayev, Şabran şəhər Xaqani Poeziya evinin direktoru, tanınmış və istedadlı şair AY Bəniz Əliyar, şair, publisist, AYB-nin üzvü Zakir Bayramlı, kənd kitabxanasının əməkdaşı, yazıçı Vüsalə Anar, Aşıq Zəbullanın oğlu İbrahim Binyamiyev və başqaları çıxış edərək Şərbətəli Mahmudova yaradıcılıq uğurları arzulamışlar.
Ağbaş kənd kitabxanasının fəal oxucuları şərbətəli Mahmudovun şeirlərini bədii qiraət etmişlər.

Görüşdə Şərbətəli Mahmudov yeni şeirlərini oxumuş və tədbir iştirakçılarına dərin minnətdarlığını ifadə etmişdir.

Sonda xatirə şəkilləri çəkilmişdir

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar