Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR

Tarix: 05-05-2019 14:07     Baxış: 5318 A- / A+
Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR


Titanik gəmisinin batması haqqında hər kəs məlumatlıdır. Tarxin ən böyük hadisələrindən sayılan bu gəmi qəzasında dünyanın bir çox yerindən çox zəngin insanlar həlak olub. Bu ağır faciədə 1514 insan həyatını itirib. Ümumilikdə isə gəminin 2223 sərnişini olub. Lakin 2224 bilet satılmışdı. Gəmi yola çıxanda bir sərnişin yox idi.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, gəmiyə gecikən şəxs türkiyəli həkim Besim Ömer Akalın idi. O, əlverişsiz hava şəraitinə görə Fransadaki "Cherbourg" limanına vaxtında gedib, çıxa bilməmişdi. O, limana çatanda Titanik gəmisi artıq 4 saat idi ki, yola çıxmışdı. Besim Ömer Nyu Yorkda bir sağlamlıq konqresinə qatılmaq üçün 1 ay əvvəlcədən Titanik gəmisinə bilet almışdı.

Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR


Besim Ömer bu önəmli konqresə getmək üçün başqa bir gəmiyə bilet aldı. O, limanda gəminin yola çıxacağı günü gözləyərkən Titanikin batması xəbərini qəzetdən oxudu. Xəbərdə ölənlərin adları arasında öz adını da görən Besim Ömer gəmiyə gecikdiyinə görə sevincli idi, lakin ölənlər üçün isə çox üzülmüşdü.

Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR


Ömer Besin Türkiyənin məşhur qadın və uşaq həkimi olub. O hərbi tibb akademiyasından məzun olduğu üçün ona Ömer Paşa deyə də müraciət edirdilər. Daha sonra isə "Akalın" adını alıb. Sonrakı illərdə o, İstanbuldakı məşhur Darülfün universitetində rektor olaraq işləməyə başladı. Daha sonra isə Ömer Besin millət vəkili də olub.

Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR


Yaşadığı həyatı boyunca 50-ə yaxın əsər yazıb. Bunlardan ən məşhuru "Nevsali Afiyet" idi.

Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR


Ömer Besin Titanikə gecikmiş tək sərnişin idi. Onun çemodanları gəmiyə yüklənmişdi. Lakin özü isə gəmi ilə səfər edə bilməmişdi.

Ömer Besin bu hadisədən illər sonra verdiyi bir müsahibədə bu sözləri demişdi: "Titanikdən xilas olan tək Türk mənəm. Ona görə də məni heç bir qəza qorxuda bilməz. O ağır faciədə 1514 nəfər həyatını itirdi. Əgər biraz tez getsəydim, ölü sayı 1515 olardı. Həyatımı bir gəmiyə gecikməyimə borcluyam".

Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar