Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
13-09-2026
BÜTÜN XƏBƏRLƏR

Müsəlman ölkənin Ermənistana SEVGİSİ: işğalçıya ölkəyə niyə dəstək verilir?

Tarix: 03-05-2019 08:50     Baxış: 3240 A- / A+
Müsəlman ölkənin Ermənistana SEVGİSİ: işğalçıya ölkəyə niyə dəstək verilir?

Mayın 2-də İrəvanda Ermənistan-BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) hökumətlərarası komissiyasının iclası keçirilib. BƏƏ və Ermənistan rəsmilərinin təmasları haqqında məlumatların sayı getdikcə çoxalır.

Manevr.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

İki ölkə arasında müxtəlif sahələri əhatə edən onlarla sazişin imzalandığını bildirən politoloqun sözlərinə görə, İrəvan BƏƏ-yə təklif edib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyinin bazarlarına çıxmaq üçün Ermənistanın imkanlarından istifadə etsin.

"Bu arada, BƏƏ nümayəndə heyətini Ermənistan prezidenti və baş nazir qəbul edib. BƏƏ-nin Ermənstanla əməkdaşlıqda nə marağı var? Axı BƏƏ-nin başlıca müttəfiqi Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibəti yoxdur. Səudiyyə Ərəbistanı birmənalı olaraq Azərbaycanı müdafiə edir. Elə bir beynəlxalq məsələ yoxdur ki, BƏƏ müttəfiqi Səudiyyə Ərəbistanı ilə eyni mövqedən çıxış etməsin. Hər iki dövlətin İrana, Yəmənə və Suriyaya eyni yanaşmasını göstərə bilərik. Bəs necə olub ki, Ermənistan məsələsində BƏƏ Səudiyyə Ərəbistanından fərqli siyasət yürüdür?" - Elxan Şahinoğlu qeyd edib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar