Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti Ramiz Novruzun qızı: “Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm”

Tarix: 13-08-2016 10:15     Baxış: 4732 A- / A+
Xalq artisti Ramiz Novruzun qızı: “Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm”
Xalq artistinin qızı erməni ilə baş-başa...
Aktyor Ramiz Novruz isə hələ də qızının utandırıcı davranışlarına susur
Son vaxtlar adı tez-tez erməni stilistlə hallanan xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzova daha bir biabırçı olaya imza atıb. Sonuncu müsahibələrinin birində “Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm” deyən xalq artistinin qızı ona qarşı yönələn bütün tənqid və təhqirlərə, ictimai qınaqlara baxmayaraq axır ki, bu “arzusunu” reallaşdırıb.

Belə ki, İnstaqram səhifəsində paylaşdığı fotolardan məlum olub ki, Şəfəq Novruzova bugünlərdə erməni stilisti Georgi Kotdan ustad dərslər almaq üçün Soçiyə yollanıb. Heç nədən çəkinməyərək erməni Kotla baş-başa olan fotosunu paylaşan Şəfəq Novruzova onun ünvanına bolluca təriflər də yağdırıb: “Sizi yaratdığı üçün Allaha minnətdaram. Yaxşı ki, varsınız. Sağ olun ki, Allah tərəfindən sizə verilən bu qeyri-adi istedadı bizimlə bölüşürsünüz. Hər şeyə görə təşəkkür edirəm. Sizi çox sevirəm və hörmət edirəm. Mənim əziz ustam”.
Erməni stilist Georgi Kot da buna qarşılıq verərək, baş-başa olan fotolarını paylaşaraq qeyd edib:

“Kimsə Azərbaycandan mənim yanıma gələ bilmir? Qəm yeməyin! Sizin ölkənizdə də istedadlı ustaların rəhbərlik etdiyi akademiya var”.

Erməni stilist sonrakı paylaşımlarında müxtəlif ölkələrdən ustad dərslər almaq üçün onun yanına gələn stilistlərə öz təşəkkürünü bildirib. Bu ölkələr sırasında Özbəkistan, Türkmənistan, Qazaxıstan və nəhayət Azərbaycan və Ermənistanın da adı çəkilib.
Qeyd edək ki, xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzun sonuncu davranışı da ictimaiyyətdə, sosial şəbəkələrdə hiddətlə qarşılanıb, qəzəb doğurub.

Məsələ ilə əlaqədar xalq artisti Ramiz Novruzun rəyini öyrənməyə çalışaq da bundan öncəki kimi yenə də zənglərimiz susqunluqla qarşılandı.

Xatırladaq ki, xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzova bu ilin aprel ayında ustad dərsləri vermək üçün erməni stilisti Georgi Kotu Bakıya dəvət etsə də, sonradan ictimaiyyətin kəskin qınağı ilə onun gəlişini təxirə salmalı olmuşdu. Lakin qalmaqalın üstündən iki ay keçməmiş Ş. Novruzova rəhbərlik etdiyi və çalışdığı “Şəfa studio”nun bir neçə stilist əməkdaşlarını erməni stilistdən dərs almaq üçün Soçiyə göndərmişdi. Buna görə ciddi tənqidlərə tuş gələn xalq artistinin qızı heç nəyə baxmayaraq erməni stilistinə olan böyük rəğbətini, sevgisini gizlətmədiyini, imkan tapan kimi bilet alıb onun yanına gedəcəyini açıqlamışdı.

X.GƏRAY

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar