Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Türkiyənin bu addımı ERMƏNİSTANA ŞOK YAŞATDI: Dağlıq Qarabağda müharibə... - VİDEO

Tarix: 22-04-2019 22:33     Baxış: 4275 A- / A+
Azərbaycan və Türkiyənin bu addımı ERMƏNİSTANA ŞOK YAŞATDI: Dağlıq Qarabağda müharibə... - VİDEO

Azərbaycanda keçiriləcək Türkiyə-Azərbaycan döyüş atışlı birgə taktiki təlimi Ermənistanda qorxu ilə qarşılanıb.

Manevr.az
xəbər verir ki, erməni KİV-ində gedən yazılarda birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcəyi bildirilib.

Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ətrafında qeyri-müəyyənliyin davam etdiyi və yeni müharibə ehtimalının yüksək olduğu bir vaxtda, sözügedən təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasına ciddi təsir göstərəcək.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər mayın 1-dən 3-nə kimi keçiriləcək. Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və

Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.publika.az



Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar