Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili: Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər

Tarix: 09-04-2019 13:19     Baxış: 3182 A- / A+
Millət vəkili: Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər


Hesablama Palatası öz işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumların vəsaiti mənimsəməsinə imkan verilməsin. Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olusa da bu cür hallara hələ də son qoyulmur.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentinin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatı müzakirə olunarkən deyib.

O bildirib ki, dövlət büdcəsinə neqativ yanaşmaların qarşısının alınmasını düşünməliyik: "Elə etməliyik ki, başqa qurumların Hesablama Palatasının təsiri sıfıra endirilsin. Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürəkaçan deyil".

F.Ağamalı qeyd edib ki, Bakı şəhərində Mənzil İstismar Sahəsi, eləcə də yaşıllaşdırma idarələri tərəfindən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə irad bildirilməyib: "Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır. Hesab edirəm ki, bütün bunlar qabaqcadan araşdırılmalı, hüquq- mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”. (trend)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar