Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Nəsiminin ölümünə kədərlənən hökmdar kim olub? - TARİXİ FAKT

Tarix: 08-04-2019 07:31     Baxış: 3477 A- / A+
Nəsiminin ölümünə kədərlənən hökmdar kim olub? - TARİXİ FAKT

Şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında adı qızıl hərflərlə yazılan şəxsiyyətdir. Bu tarixi şəxsiyyət haqqında bir çox faktlar üzə çıxıb, araşdırmalar davam edir. Qaraqoyunlu hökmdarı Cahanşah da Nəsiminin heyranı olub.

Manevr.az bildirir ki, bu barədə "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Qaraqoyunlu hökmdarı Cahanşah gəncliyində Nəsimini görmüş və onun dərin təsiri altında qalıb. Hətta Nəsiminin edam xəbərini eşitdiyində həddən artıq qüssələnmiş və kədərlənmişdi.

Özünü Nəsiminin müridi, Nəsimini isə öz mürşidi və rəhbəri sayan Cahanşah "tövbə etdiyi zaman onun şəfaətçi olacağını, bəxti yavər gedərsə ona qovuşacağını, bir daha ondan ayrılmayacağını, ona qovuşmanın səadət və şərəf olduğunu, bunun özü üçün nəşə və sevinc yaratdığını" farsça şeirində dilə gətirir.

Yenə farsça bir şeirində Nəsimin əslən ərəb və künyəsinin də "Hələbi" olduğunu Cahanşah belə qeyd edir:

"Zatı-qədim xaricində dünya varlıqlarının hamısı,

Nəyə baxarsan bax Hələbinin hikmətidir.

Dünya səltənəti və rəhbərliyi onundur,

Özü ərəbdir, amma dünya və dünyadakıların çırağıdır".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar