Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Özbəkistan telekanalında Bakı Limanı haqqında veriliş yayımlandı

Tarix: 08-04-2019 06:57     Baxış: 3236 A- / A+
Özbəkistan telekanalında Bakı Limanı haqqında veriliş yayımlandı

Özbəkistanın “Sevimli” telekanalının “Zamon” proqramında Bakı Limanı haqqında danışılıb.

Manevr.az
Azərtac-a istinadən xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Telekanalın müxbiri Dilnoza Saidova Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məlumat verir. Qeyd edir ki, liman 1902-ci ildə təsis edilib və o vaxtdan Xəzər dənizindəki limanların ən böyüyü və ən əhəmiyyətlisi hesab olunub.

Videomaterialda bildirilir ki, bu liman Şərq və Qərbi birləşdirən əsas nəqliyyat qovşağıdır. Özbəkistandan gələn və əks istiqamətə gedən yüklər məhz bu liman vasitəsilə ünvana çatdırılır.

Diqqətə çatdırılır ki, Bakı şəhərindən 70 kilomertlik məsafədə yerləşən liman Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşaqlarından biridır.

Vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il martın 18-də imzaladığı Sərəncamla Bakı Limanı yenidən qurulub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar