Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

"YOLUMU GÖZLƏYİR KƏLBƏCƏR MƏNİM"- Qarabağ qazisinin vətən harayı... - Şeirlər

Tarix: 06-04-2019 12:21     Baxış: 3483 A- / A+
"YOLUMU GÖZLƏYİR KƏLBƏCƏR MƏNİM"- Qarabağ qazisinin vətən harayı...

Elşad Kəlbəcərli Qarabağ qazisidi, yağı düşmənlə döyüşdə yaralanıb. I qrup müharibə əlilidi. Sağlamlığını canı qədər sevdiyi Vətən uğrunda savaşda itirib. Tanrı köməyi olsun. Yurd-yuvasına bağlı olan Elşad Kəlbəcərli ədəbi yaradıcılıqla da məşğuldu. Necə deyərlər, indi də mülki həyatda qələmiylə vuruşur, vətənpərvərlik mövzusunda, yurd sevgisindən yoğrulmuş şeirlər yazır...
Manevr.az Elşadın bir neçə şeirini təqdim edir:

YOLUMU GÖZLƏYİR KƏLBƏCƏR MƏNİM

Böyükdür gözəldir Azərbaycanim,
Dağına-daşına qurbandir canim.
Vətənin yolunda qoy axsin qanim,
Damarımda vardır nə qədər mənim,
Yolumu gözləyir Kəlbəcər mənim.

O dağlarin havasina həsrətəm,
Bulaqlarin sonasina həsrətəm,
Doğma baba yuvasina həsrətəm,
Çəkir xiffətimi zirvələr mənim,
Yolumu gözləyir Kəlbəcər mənim.

Vətənin yurd yeri ağlayır orda,
Yurdsuz yurddaşlarım çətində, darda.
Qovrulur ürəyim qəmdə, qubarda,
Didir ürəyimi bu kədər mənim.
Yolumu gözləyir Kəlbəcər mənim.

Elşadam mən, o torpağin oğluyam.
Vətəndə qəribəm, qolu bağlıyam.
Bir yuva həsrətli, qəlbi dağlıyam.
Yenə xəyallarım dərbədər mənim.
Yolumu gözləyir Kəlbəcər mənim.

QAYTARAQ KƏLBƏCƏRİ

Taledən bir azca hökmüm olaydı,
Qaytara biləydim mən Kəlbəçəri.
Şuşanı, Laçını bağrıma basıb,
Gəzəydim dağları gen dərələri,
Qaytara biləydim mən Kəlbəçəri.

Hər daşın önündə baş endirəydim,
Dağlar sinəsindən çiçək dərəydim.
Dədə Şəmşirə də salam verəydim,
Udub boğazıma dolan qəhəri,
Qaytara biləydim mən Kəlbəcəri.

Sançıb Qarabağa bayrağımızı,
Azad eləyəydim torpağımızı.
Ellər də görəydi növrağımızı.
Murovun başından baxaydım bəri.
Qaytara biləydim mən Kəlbəçəri.

Elsadam, ürəkdə dərdlər, qübarlar,
Allahımdan mənim bir istəyim var.
Kaş geri dönəydi ellər obalar,
Ağ atın belinə basıb yəhəri,
Qaytara biləydim mən Kəlbəçəri.


YENƏ KÖNLÜM KƏLBƏCƏRƏ TƏLƏSİR

Cənnət tək gözəldir Azərbaycanım,
Bu yurda, bu elə bağlıdır canım.
Tökərəm yolunda sondamla qanı,
Ruhum yad əldədir düşübdür əsir,
Yenə könlüm Kəlbəcərə tələsir.

Yurd-yuvasız dəli mənəm, gic mənəm,
O dağların şəfasına həsrətəm.
Mən ölərəm, istəyimdən dönmərəm,
Nisgilim xəncər tək doğrayır, kəsir,
Yenə könlüm Kəlbəcərə tələsir.

Mən oğluyam, bu torpaq da öz anam,
Qayıdacam bir az gözlə döz anam.
Elşad yanır köksü üstə köz, anam,
Ürək dözmür qucağına tələsir,
Yenə könlüm Kəlbəcərə tələsir.

DOĞMA KƏLBƏCƏRƏ SƏN APAR MƏNİ

Qanimdadı vətənimə məhəbbət,
Vətəndi namusum, vətəndi qeyrət.
Ulu tanrim, eyle mənə mərhəmət,
Tutsa da bu yolda boran, qar meni,
Doğma Kəlbəcərə sən apar məni!

Zülm etmisən neçə ata-anaya,
Neçə insanlari saldin bəlaya.
Səs verirəm mən də qopan haraya,
Bu acı həsrətdən gəl qurtar məni.,
Doğma Kəlbəcərə sən apar məni!

Nə üçün gətirdin menidünyaya,
Vətənsiz yasamaq heç gəlməz saya.
Qurban olum doğma elə-obaya,
Qul eyləyib yadlara satdin məni,
Doğma Kəlbəcərə sənapar məni!

Hələki sönməyib yurdun çırağı,
Başına yığacaqdostu qonağı.
Dillərdə gəzəcək səsi sorağı,
Etməsin pərişan qınağı məni,
Doğma Kəlbəcərəsən apar məni!

Dərib dağlarından çiçək qoxlaram,
Sinəmin ūstūnə sıxıb saxlaram.
O yerdə yaşayıb yüzü haxlaram,
Burda aylar illər cox sıxır məni,
Doğma Kəlbəcərəsən apar məni!

Elşad Kəlbəcərli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar