Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Hacı Kamranın öldürülməsi ilə bağlı ŞOK FAKTLAR - Qardaşını məscidə niyə buraxmayıb?

Tarix: 01-04-2019 12:04     Baxış: 4378 A- / A+
Hacı Kamranın öldürülməsi ilə bağlı ŞOK FAKTLAR - Qardaşını məscidə niyə buraxmayıb?


Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş dəhşətli qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Manevr.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Zabrat qəsəbəsində böyük qardaşı Hacı Kamran Şamilovu tüfənglə güllələyərək öldürən Hüseynbala Şamilov tutulub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Hacı Kamran Şamilov Zamratdakı məscidin axundudur və din xadimi kimi tanınıb. O, həm də İran və İraqdakı müqəddəs məkanlara səfərlərin təşkili ilə məşğul olan şirkətin rəhbəri imiş.

Hadisənin baş vermə səbəbinə gəlincə Hüseynbaba Şamilov bildirib ki, böyük qardaşı ilə 4-5 il imiş ki, ədavəti varmış. Onun sözlərinə görə, Hacı Kamran onu məscidə buraxmırmış. Səbəb isə Hüseynbalanın məscidin tikintisi zamanı səhvə yol verilməsini bildirməsi, qiblənin istiqamətinin düzgün olmamasını və mehrabın islam qaydaları çərçivəsində yerləşdirilməməsini danışması olub. Bundan sonra Hacı Kamran kiçik qardaşının məscidə daxil olmasına qadağa qoyub. Hacı Hüseynbala onu da bildirib ki, qardaşı mütəmadi olaraq onu təhqir edib, insanların arasında xoşagəlməz sözlər deyib və döyüb. Hacı Kamranın "Sən qibləni satansan” deməsindən sonra isə o, köhnə ədavətlərin də təsiri altında qardaşını güllələyərək öldürmək qərarına gəlib.

Sabunçu rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar