Xəbər lenti
Planetdən sirli şəkildə itən insanların taleyi
Hər il yer üzündə on minlərlə insan itir. Çoxu tapılsa da, bəzi hallarda ayaq izlərini də götürüb planetdən qeyb olurlar. Kimsə yeni həyat xəyalları ilə tozunu itirir, bir çoxları cinayətin qurbanına çevrilir. Naməlum talelərsə olub, var, və olacaq. Adətən mağazaya, işə gedib heç vaxt geri dönməyənlər...Bu durumda polis axtarışları da işə yaramır.
Manevr.az xəbər-ətərsiz itib geri dönməyən bir ailənin tarixçəsini təqdim edir.
1959-cu ildə axtarış komandası çay kənarında bir avtomobilin izini tapır. Kolumbiya çayının yanından iki bacının cəsədi aşkarlanır. Lakin böyük bir ailənin səyat etdiyi nə avtomobil, nə də ailənin digər üzvləri tapılmır. Uzun müddətli axtarışlardan sonra polislər açıqlama verir ki, sanki ailə və avtomobil bu dünyadan qaçıblar. Uzun müddət sonra axtarışlar dayandırılır, Qəribə ailənin taleyi hələ də məlum deyil.
1989-cu ildə Serkl şəhərinin Montana ştatında Patrisia Mixan adlı qız avtomobil qəzasına düşür. Qəzanın səbəbkarı da Mixan özü idi. Sürücü Kerol Heys düşüb özünü maşın önünə atan qıza irad bildirir. Mixan isə onun üzünə baxıb meşəyə doğru gedir, və gözdən itir. Patrisiyanı uzun müddət axtaran polislər bir nəticəyə çata bilmirlər. Valideynləri isə gənc qızın son günlər depressiyadan əziyyət çəkdiyini bildirirlər. Bir ay sonra evlərinin yanındakı kafede işləyən ofisiant Patrisianın orada səhər yeməyi yediyini söyləyir. Bu gün əmin hadisədən 30 il ötüb, amma Patrisianın nə ölüsü, nə də dirisi tapılıb.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Media
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar