Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Nemət Pənahlı həmişə voleybol topu kimi ortalıqda qalıb”

Tarix: 29-03-2019 17:50     Baxış: 3257 A- / A+
“Nemət Pənahlı həmişə voleybol topu kimi ortalıqda qalıb”

Ölkədə siyasi proseslər yeni mərhələyə qədəm qoyur.

Yeni təşkilatlar yaranır və ya yaranacağı elan edilir. Maraqlıdır ki, yeni yaranan təşkilatların rəhbər vəzifələrində yer alanlar əsasən uzun illər siyasi camədə təmsil olunanlardır. Bəzən isə bu qurumlar yarandıqdan qısa zaman sonra qarşıdurmalara meydan olur, proseslər parçalanma həddinə çatır.

Sabiq nazir İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatı da (AXH) belə vəziyyətlə üzləşib. Belə ki, Milli Dövlətçilik Partiyasınn sədri Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından (AXH) uzaqlaşdırılıb. N.Pənahlının təşkilatdan uzaqlaşdırılmasına onun "qeyri-səmimi davranışları"ı səbəb olub. Məlumatlara görə, N.Pənahlı son vaxtlar Əli Kərimli və başqa siyasilərlə gizli danışıqlar, sövdələşmələr içindəymiş və AXH rəhbərliyindən gizli proseslərə qoşulub. Onun bu hərəkətləri AXH-də narahatlıq yaratdığndan, martın 25-də keçirilən yığıncaqda N.Pənahlı qurumdan uzaqlaşdırılıb. Maraqlıdır ki, Nemət Pənahlının AXH-dən uzaqlaşdırılmasından sonra zatən yeni yaranan təşkilatın daha da zəifləyəcəyi şəklində fikirlər də səslənirdi.

Ümumiyyətlə, yeni yaranan təşkilatların fəaliyyəti nə dərəcədə uğurludur?

Yaxud Nemət Pənahlını siyasətçilər hansısa təşkilatı zəiflədəcək qədər ciddi siyasi fiqur hesab edirmi?

Siyasi şərhçi Zərdüşt Əlizadə cebhe.info-ya açıqlamasında yeni yaranan təşkilatları missiyasız, proqramsız, lazımsız qurum kimi xarakterizə edib:

“Sabir Rüstəmxanlının gözəl bir sözü var: Bu hərəkatlar animasiyadır. Real həyatla heç bir əlaqəsi olmayan “boş nağara” kimi təşkilatlardır. Nə proqramları, nə amalları var, nə də xalqa nəsə verə bilərlər. Heç də xalq da onlara inanmır. Vaxtı ilə Xalq Hərəkatı olub, bəxti gətirməyib. Ondan cürbəcür partiyalar qopub. İndi oturub gözləyirlər ki, hakimiyyəti onlara qaytaracaqlar. Amma heç kimə heç nə qaytaran deyillər. Hər şey bitib, qurtarıb. Ona görə də cürbəcür əhəmiyyətsiz, saxta təşkilatlar elan edirlər, amma yarada bilmirlər, bilməzlər də. Sıfrın üzərinə sıfır gələndə həmişə sıfır edir. Onlar da hamısı sıfırdırlar, nə qədər bir araya gəlsələr, yenə də sıfır olacaqlar”.

Nemət Pənahlı ilə bağlı məsələyə də toxunan Z.Əlizadə onun siyasi fəaliyyətinin Azərbaycana ziyan vurduğunu deyib:

“Nemət Pənahlı həmişə voleybol topu kimi ortalıqda qalıb. İndi də özünə yer tapa bilmir, ora-bura qaçır. Hökumətə söz atır, bir az yatıb yenidən çıxır. Yenə də ora-bura qaçır. Bu adam məsləksiz, amalsız bir adamdır. Onun harada qalması, haradan çıxması heç nəyi dəyişmir. Onun bütün siyasi fəaliyyəti Azərbaycana yalnız ziyan vurub”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar