Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İqtisadiyyat nazirinin evi qarət olunub

Tarix: 27-03-2019 14:34     Baxış: 3226 A- / A+
İqtisadiyyat nazirinin evi qarət olunub


Nazirin yayılmış məlumatları jurnalistlərə şərh etməkdən imtina edib

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın evi qarət olunub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Rustavi 2” kanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə gün öncə naməlum şəxslər nazirin Tsxneti qəsəbəsindəki evinə daxil olaraq kifayət qədər bahalı əşyalar oğurlayıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyi G.Kobulianın evinin qarət olunması faktını nə təsdiq, nə də təkzib edib. Bununla yanaşı, nazirin qonşuları oğurluq faktı ilə bağlı dindirildiklərini bildiriblər.

Nazirin özü də yayılmış məlumatları jurnalistlərə şərh etməkdən imtina edib: "Sizin sualınıza cavab verməyəcəyəm, belə ki, bu, mənim şəxsi həyatıma aid məsələdir. Buna görə də şəxsi məsələ ilə bağlı suala cavab verməmək hüququmdan istifadə edirəm”.

"Rustavi 2” kanalının məlumatına görə, bir neçə həftə öncə Gürcüstanın parlament çoxluğunun rəhbəri Arçil Talakvadzenin də Tbilisidəki mənzili qarət olunub. Deputatın evindən nağd pul və A.Talakvadzenin adına qeydiyyata alınmış tapançanın olduğu seyf oğurlanıb. Oğurluğu törədən şəxs və ya şəxslər hələlik saxlanılmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar