Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Heç kimi bu janrı sevdiyinə görə aşağılamaq olmaz"

Tarix: 26-03-2019 09:15     Baxış: 3259 A- / A+
"Heç kimi bu janrı sevdiyinə görə aşağılamaq olmaz"

Meyxanaçı Aydın Xırdalanlının ölümündən sonra gənc yazar Kəramət Böyükçölün meyxana və meyxanaçılarla bağlı dediyi sərt fikirlər müzakirələrə səbəb olub.
Manevr.az xəbər verir ki, jurnalist Taleh Şahsuvarlı bu meyxana diskussiyalarına münasibət bildirib:

"Fikirlər aydındır. Çox təəssüflər olsun ki, bu barədə cəmiyyət olaraq yenə də yanlış paradiqmanı seçdik müzakirə üçün. Odur ki, qısaca olaraq fikirlərimi ifadə etməyi lazım bildim.

1) Meyxana Azərbaycan xalqının digər şərq xalqları ilə birlikdə ortaq folklorunun bir sahəsidir. Məsələn, taciklər meyxananı heç də bizimkilərdən pis demirlər. Bu bir folk janrı olaraq bir qədər baməzə, atmacalı bədahətən söz demək məharətidir. Heç kimi bu məharətinə görə qınamaq, bu janrı sevdiyinə görə aşağılamaq olmaz.

2) Şou-biznesin mahiyyəti çox sadədir: göstərinlə pul qazanacaqsan. Əgər meyxana göstəriləri pul qazandırırsa, onunla məşğul olan adamları, o cümlədən bu göstərilərin TV-lərə çıxmasını süngü ilə qarşılamaq olmaz. Xoşun gəlmir qulaq asma, bəyənmirsən baxma!

3) Bir cəmiyyət o zaman tərəqqiyə qovuşur ki, təhsil mədəniyyətə- fəlsəfəyə, ədəbiyyata, filmə, teatra, operaya, baletə çevrilsin. Meyxana bütün bunlar üçün bir vəsilə deyil, ola da bilməz. Ola bilmədiyinə və ola bilməyəcəyinə görə də cəmiyyətdə hansısa qrupları ifadə edə bilər, amma bütovlükdə cəmiyyəti kübarlaşdıra bilməz. Bir cəmiyyət kübar ənənələri ilə güclüdür və gələcəyə hazırlaşır.

4) Kimliyindən asılı olmayaraq xalqın min illərin sınağından çıxmış dəyəri var: ölünün arxasınca danışmazlar. Aydın Xırdalanlı öz sahəsində qabiliyyətli və istedadlı adam idi. Bir neçə dəfə görmüş, ünsiyyətdə olmuşdum. İnsan kimi ürəyi açıqdı. Ancaq bəlli səbəbdən Azərbaycan yeniyetmələri və gəncləri üçün əsla örnək göstərilə bilməz. Odur ki, ölənin arxasınca danışmaqdansa, bizim yeni media, sosial şəbəkə istifadəçiləri ictimai maraqları nə qədər kalkulyasiya edə bilir, ona baxmaq lazım. Məsələn, biz AzNews.az olaraq Afətə embarqo qoymuşuq. Üç-beş İP xatirinə onu saytımıza buraxmağı öz brendimizə yaraşdırmırıq.

5) Azərbaycanda meyxanaya aqressiyanın bir səbəbi də onun son illər İran propoqandası üçün alət halına gəlməsidir. Bu baxımdan hər bir media quruluşunun bu istiqamətdə ən azı ehtiyyatlı mövqe tutması yerinə düşür. Ancaq bir məsələ də var. Azərbaycan cəmiyyətinin daxili kodları İran təbliğatının açıq və gizli mesajlarından daha güclüdür. Odur ki, Azərbaycan toyxanaları bu basqını dəf etdi, həmin layihələri batırdı.

6) Azərbaycan cəmiyyəti çoxrəngliliyə alışmalıdır. Tutaq ki, bir restoran axşam canlı musiqi proqramı təşkil edib və ora məşhur bir piano ifaçısı dəvət olunub. Başqa bir restoranda meyxanaçılar çıxış edəcək. Kim istəyir pianoya qulaq assın, kim istəyir meyxanaya. Kimin hara getməyindən daha önəmli kimin necə qazanması və necə xərcləməsidir. Ağıllı və savadlı adamlar cəmiyyətdə daha çox pul qazananda meyxana auditoriyası təbii şəkildə kiçiləcək".publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar