Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı icra başçısı vəzifəsinə namizəd oldu

Tarix: 24-03-2019 18:20     Baxış: 3258 A- / A+
Azərbaycanlı icra başçısı vəzifəsinə namizəd oldu

Gürcüstanın müxalif "Avropalı Gürcüstan" partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə Əhməd İmamquliyevin namizədliyini irəli sürüb.

Manevr.az report-a istinadən xəbər verir ki, Ə.İmamquliyevin namizədliyini partiya lideri David Bakradze Marneulidə yerli ictimaiyyətə təqdim edib.
O, ilk olaraq Marneuli sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, əmin-amanlıq və uğurlar arzu edib.
D.Bakradze Ə.İmamquliyevin Marneuli rayon icra başçısı vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib: "Əhməd İmamquliyev vicdanlı insandır və ona inanmaq olar. Seçkilərdə iştirakımızın əsas məqsədi qələbədir. Hər bir seçki daha yaxşı yaşayışa nail olmaq üçün şansdır və biz bu şansdan istifadə etməliyik. Bunun üçün Marneulidəki namizədimiz qələbə üçün və daha yaxşı həyat üçün mübarizə aparacaq”.
Ə.İmamquliyev partiya rəhbərliyinə ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O deyib ki, Marneuli rayonunun icra başçısı seçiləcəyi təqdirdə əmək haqqının 50%-ni xüsusi fonda köçürəcək və həmin məbləğ tələbələr üçün sərf olunacaq.

Tədbirdə "Avropalı Gürcüstan" partiyasının digər lideri Gigi Uqulava da iştirak edib. O, Ə.İmamquliyevə seçkilərdə uğurlar arzu edib.

Qeyd edək ki, Marneulidə icra başçısı vəzifəsinə aralıq seçkilər bu ilin mayında keçiriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar