Xəbər lenti
Pəncərəsi olmayan binanın sirri açıldı - ABŞ dünyanı buradan dinləyirmiş
Amerika Milli Təhlükəsizlik Agentliyinin qlobal dinləmə fəaliyyəti üçün Nyu-Yorkda gizli bir binadan istifadə etdiyi barədə iddialar Qərb mətbuatında şok effekti yaradıb.
Manevr.az xəbər verir ki, keçmiş MTA (Milli Təhlükəsizlik Agentliyi) əməkdaşı Edvard Snouden tərəfindən inşa edilən və sənədlərdə "Titanpointe" kimi qeyd edilən mərkəz " AT&T " telekommunikasiya şirkətinin Manhettendə yerləşən, pəncərəsi olmayan göydələninin içindədir.
Adını açıqlamaq istəməyən " AT&T " əməkdaşı bildirib ki, agentliyin xəfiyyələri 38-dən çox ölkənin telefon danışıqları, fakslarını və internet fəaliyyətlərini izləmək üçün binadan mərkəz kimi istifadə edir.
Bina 1978-ci ildə inşa edilib və nüvə hücumuna qarşı etibarlıdır. Binada su anbarları və generator var. Bu səbəbdən işçilər həftələrlə müstəqil formada fəaliyyət apara bilərlər.Ölkə.Az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar