Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uorlik kimə və necə işlədi?

Tarix: 22-11-2016 14:08     Baxış: 4373 A- / A+
Uorlik kimə və necə işlədi?


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tutduğu vəzifədən gedir. Onun səlahiyyət müddəti bu ilin dekabrın 31-də başa çatacaq.

Ceyms Uorlik təkcə həmsədrlikdən yox, eyni zamanda ABŞ Dövlət Departamentindən də getmək barədə qərar qəbul edib. O, gedişi ilə bağlı “Mənim üçün Dövlət Departamentində 30 ildən artıq müddətdə çalışmaq şərəf idi”, - deyə “Twitter” mikrobloqunda yazıb.

Uorlik, həmçinin əlavə edib ki, Rusiyada ən böyük və prestijli hüquq firması olan “Yeqorov, Puqinskiy, Afanasev və tərəfdarları”nda çalışacaq.

Azərbaycan tərəfi Uorlikin fəaliyyətini necə qiymətləndirir?

Uorlik kimə və necə işlədi?

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntisi institusional xarakter daşıyır: “ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik. Ümumiyyətlə, bizim ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır. Belə ki, instutusional olaraq ATƏT Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status kvo-dəyişdirilməlidir".

XİN rəsmisi əlavə edib ki, status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir: "Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin edilməyib".

Uorlik kimə və necə işlədi?

Millət vəkili Aydın Mirzəzadə deyib ki, ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri yaddaşlarda ziddiyətli diplomat kimi qalıb: “Ceyms Uorlik gah Ermənistanın lehinə, gah da ümumbarışdırıcı mövqedən çıxış edib. Təəssüf ki, Uorlik də sələfləri kimi işğalçını adı ilə çağırmadı, öz dövlətindən Ermənistana beynəlxalq hüquq normalarına əməl etməsi üçün təzyiq etməsini tələb etmədi. Yəni, həmsədrlər öz üzərinə qoyulan vəzifələri tam yerinə yetirmirlər. Həmsədrlər ildə iki dəfə regiona səfər etməklə və ya tərəfləri sülhə çağırmaqla öz vəzifələrini bitmiş hesab edirlər. Ortada Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi və ərazi bütövlüyünü tanımaması məsələsi var. Çox istərdim ki, yeni prezident Donald Trampın vaxtnda ABŞ-ın məsələyə obyektiv baxışı ilə Rusiya və Fransaya yaxşı nümunə olsun. Ümumilikdə isə beynəlxalq ictimaiyyət Ermənistanın özünü orta əsrlər qaydası ilə aparmasına son qoymalıdır”.

Millət vəkili Elman Məmmədov isə bildirib ki, ATƏT-in Minsk qrupunda Amerikalı həmsədr Ceyms Uorlikin və ya digərlərinin olub-olmaması heç bir əhəmiyyəti kəsb etmir: “Çünki, burada məsələləri konkret şəxslər yox, onların təmsil etdikləri dövlətlərin siyasəti həll edir. ATƏT-in Minsk qrupuna yeni həmsədrin təyin olunmasının əhəmiyyəti yoxdur. Həmsədrlər aktyorlardır. Rejissorlar, ssenari müəllifləri hansı rolu verirsə, onu da oynayırlar”.

Uorlik kimə və necə işlədi?

Uorlikin fəaliyyətinə toxunan millət vəkili qeyd edib ki, bu şəxsin fəaliyyəti dövründə söylədiklərinin heç bir nəticəsi olmayıb: “Uorlik həmsədrliyi dövründə özünün ziddiyətli bəyanatları ilə məşhurlaşdı. Bəzən ümidverici, bəzən bədbin bəyanatları ilə yadda qaldı. Təbii ki, onun fəaliyyəti bir mərkəzdən idarə olunurdu. Ümumən, Uorlikin getməyinin və ya başqasının həmsədrliyə gəlməsinin elə bir əhəmiyyəti yoxdur. Yeni həmsədrin ABŞ-ın Dağlıq Qarabağ məsələsində siyasəti nədirsə, o mövqedən çıxış edəcək”.

E.Məmmədov vurğulayıb ki, ATƏT-in Minsk qrupu yaradılandan bu günə qədər gördüyü işin nəticəsi sıfıra bərabərdir: “Onlar Azərbaycan üçün ciddi iş görməyiblər. Onların fəaliyyəti özləri və işğalçı Ermənistan üçün qənaətbəxşdir. Həmsədr dövlətlər qarşısına birmənalı şəkildə məqsəd qoyub ki, bu problemin ermənilərin xeyrinə həll edilməsi üçün Azərbaycana istənilən səpkidə və formada təzyiq, təsir göstərməliyik. Bunların əsas məqsədi budur. Yalandan, boğazdan yuxarı riyakarlıqla özlərini təlxək yerinə qoyaraq deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Əgər belədirsə, niyə şimal qonşumuz Ermənistanla birgə qoşun qrupları yaradır? Bu hansı ədalətdən, vasitəçilikdən xəbər verir? Yəni, məsələ bu yerdədir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar