Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt "Poeziya Evi"ndə şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib -FOTOLAR

Tarix: 21-11-2016 13:45     Baxış: 2718 A- / A+
Sumqayıt "Poeziya Evi"ndə şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib


Sumqayıt şəhər "Poeziya Evi"ndə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılğı ilə “Ruhuna ruzidir mənim yazdığım” adlı tədbir keçirilib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə keçirilən tədbir azyaşlı oxucuların təşəbbüsü ilə baş tutub.

Tədbirdə balaca oxucular Əli Hüseynov, Nəzrin Hüseynova, Zəhra Bəşirova, Zərifə Ataşova, Gülarə Məlikrzayeva, İlkanə Yusifzadə, Aysu Hüseynli, Xoşqədəm Bağıyeva, Nəzrin Ağayeva, Rəqsanə Bayramova və Şəbnəm Quliyeva şairin müxtəlif illərdə yazdığı şeirləri ifa ediblər, kitablarından ibarət sərgi haqqında biblioqrafik xülasə veriblər.

Tədbirdə həmçinin valideyn Şəlalə Bağıyevanın ifasında “Rəqqasə” şeri, balaca rəssam Ayan Ağayevanın şairin yubileyinə həsr etdiyi portreti, Surxay Abdullayevin sazda ifası, o cümədən, şairə Gülnarə Cəmaləddinin yubilyarla bağlı xatirələri böyük maraqla qarşılanıb.

Daha sonra şair Sabir Sarvan şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıb, xatirə şəkli çəkdirib.

Sonda S.Vurğun adına Mərkəzi kitabxanın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova çıxış edərək yubilyarı təbrik edib, xoş arzularını çatdırıb. Uşaqlara və valideynlərə kollektiv adından öz təşəkkürünü bildirib.

Sumqayıt "Poeziya Evi"ndə şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib

Sumqayıt "Poeziya Evi"ndə şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt "Poeziya Evi"ndə şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar