Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rəhim Qazıyev 20 Noyabr faciəsini bir ay öncədən bilirmiş? - ŞOK...

Tarix: 20-11-2016 19:26     Baxış: 5566 A- / A+
“Hələ 1991-ci il oktyabrın ortalarında Tüflisdə yeyib-içən rus generalları Azərbaycanın aparıcı dövlət xadimləri və müxalifət liderlərinə qarşı terakt hazırlanmasından bəhs ediblər...”


Rəhim Qazıyev 20 Noyabr faciəsini bir ay öncədən bilirmiş?

Keçmiş müdafiə naziri, 1991-ci ilin payızında Ali Sovetin qatı müxalif mövqeli deputatlarından olmuş Rəhim Qazıyev Moderator.az-a telefon açaraq 25 il öncə müstəqilliyə doğru ilk kövrək addımlarını atan Azərbaycan Respublikasının aparıcı dövlət xadimlərinin qətli ilə nəticələnmiş 20 Noyabr vertolyot faciəsindən xeyli öncə ölkəmizdə terror aktı planlaşdırılması barədə informasiya əldə etməsi və bunu o vaxtkı dövlət orqanlarına çatdırması haqda sensasion açıqlama verdi:

“20 Noyabr vertolyot faciəsindən hələ bir ay öncə -1991-ci il oktyabrın təxminən 17-18-də biz Rusiya ordusu və kəşfiyyatı tərəfindən Azərbaycanın yüksək rütbəli hökumət rəhbərləri və eləcə də müxalifətin aparıcı liderlərinə qarşı sui-qəsd hazırlanması barədə məlumat aldıq. Bunun təfərrüatlarını sizə danışım. O vaxt Etibar Məmmədovun Ceyhun adlı cangüdəni vardı. Oktyabrın təxminən 17-də gecə qapı döyüldü. Açdım ki, həmin Ceyhunla bir ucaboy oğlandır. Ceyhun dedi ki, Rəhim bəy, vacib bir informasiya var. Dedim ki, bəs niyə Etibarı qoyub mənim yanıma gəlmisən. Cavab verdi ki, Etibar bəy xaricdədir. Etbarın özündən də soruşa bilərsiz bu haqda. Həmin ucaboy oğlanın adı İlham idi, soyadını unutmuşam. Tovuzdan idi. Dedi ki, mən Tiflisdə Zaqafqaziya Hərbi Dairəsinin qərargahında mühafizə xidmətində qulluq edirəm. Bu günlərdə rus generallar yeyib-içmişdilər və sərxoş vəziyyətdə öz aralarında söhbət edirdilər. Onların söhbətindən anladım ki, Azərbaycanda aparıcı dövlət xadimlərini və müxalifətin əsas liderlərini aradan götürmək üçün terror aktı planlaşdırılır...

Həmin İlhamın çatdırdığı məlumatı mən oktyabrın 20-də bəyanat şəklində parlamentdə yaydım. Eyni zamanda oktyabrın 19-dakı mitinqdə də oxuyub hamıya çatdırdım. Hazırda o bəyanatın surəti də məndə var: kim istəsə, verə bilərəm. Bir neçə gün sonra Prezident Aparatından Ayaz Mütəllibovun təhlükəsizlik xidmətinin rəhbəri, unutmuşam ya Xaliq adlı, yaxud Xaliqov soyadlı şəxs məni çağırdı. O məndən soruşdu ki, hardan almısız bu məlumatı, prezidentə də qarşı təhlükə var. Cavab verdim ki, ay qardaş, sən xüsusi xidmət orqanının əməkdaşısan. Mən bu məlumatı bir deputat kimi sənə çatdırıram. Bunun təfərrüatlarını araşdırmaq isə sənin borcundur. Hesab edirəm ki, nəinki prezidentə bütün Azərbaycan xalqına qarşı təhlükə var. O vaxt mən Ayaz Mütəllibovun da qəbulunda oldum və həmin məlumatı ona da çatdırdım. O dedi ki, narahat olmayın araşdırarıq...”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar