Xəbər lenti
"Vaxtilə Sərkisyan elan etdi ki, həyatını Qarabağ probleminə həsr edib və..."

“Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, hesab edirəm ki, bu istiqamətdə müəyyən irəliləyişlər baş verəcək. Fikrimcə, ətraf rayonlar məsələsi yaxın vaxtlarda müsbət həll ediləcək. Amma bütövlükdə Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda həll edilməsini gözləmirəm”.
Bunu Azərbaycan Ali Sovetinin sabiq sədri, professor Yaqub Məmmədov deyib. Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatlarını da şərh edib.
Professor hesab edir ki, Ermənistan rəhbərliyi öz sözünü demir:
“Əgər söhbət Serj Sarkisiyandan, onun son fikirlərindən gedirsə, nəzər alın ki, erməni prezident öz sözünü demir. Bu sözü ona dedirdən qüvvələr var. Odur ki, bu təşəbbüslər ancaq Sərkisyanın fikri deyil. Reallıqlar göstərir ki, münaqişənin hərbi fazada həlli yolları hələlik yoxdur. Odur ki, indilikdə münaqişə danışıqlar vasitəsliə həll edilməlidir.
Sərkisyanın mövqeyi prinsipcə bəllidir. Məsələn, vaxtı ilə Sərkisyan açıq elan etdi ki, bütün həyatını Qarabağ probleminə həsr edib və nə qədər ki, o var Qarabağın Azərbaycanın tərkibində olmasına imkan verməyəcək. Bu adam öz münasibətini açıq şəkildə bildirib. Odur ki, bu məsələlər nəzərə alınır”.(teleqraf.com)
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar