Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Sardonik gülüş- Gülə-gülə ölümə təslim ...

Tarix: 24-02-2019 13:31     Baxış: 3404 A- / A+
Sardonik gülüş- Gülə-gülə ölümə təslim ...

Hər şeyin bir yaranma tarixi və yaranmışın mahiyyət, eləcə də, baş vermiş hadisənin məkan ya da səbəbinə görə özündən sonra qoyduğu bir ad var. Acı və ya ölüm gülüşünün də tarixdə bu adla qalmasının səbəbləri müxtəlif versiyalara söykənir.


Manevr.az
bildirir ki, ilk dəfə Homerin «Odisseya»sında rast gəlinən bu gülüşün adı Sardiniya adasında bitən bir otu yedikdən sonra zəhərlənib ölən insanların simalarında gülüşəbənzər acı ifadənin yaranması ilə bağlıdır.

Homerin «Odisseya» poemasında İtakaya qayıtmış Odissey və Penelopanın adaxlılarından biri olan Ktesipp arasında yaranmış mübahisədə təhqir olunmuş Odissey sardonik gülümsəyir. Yunan deyiminə görə, sardonik gülüş ölən anda gülən insanlar barədə işlənirdi.

Sardiniyada bitən bitkidən başqa, belə bir izah da var ki, Sardiniyada qocaların qurban gətirilməsi mərasimi gülüşlə müşayiət olunurdu, bu zaman qurban özü də gülürdü. Buna görə də sardonik gülüş-acı gülüş olaraq anlaşılır.

Tetanus xəstəliyi nəticəsində mimiki əzələlərin qıcolmaları nəticəsində,üz nahiyəsində məcburi gülüş yaranır buna da tibbdə Sardonik gülüş deyilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar