Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdirdilər- ŞƏKİLLƏR

Tarix: 23-02-2019 20:54     Baxış: 4235 A- / A+
Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdirdilər- ŞƏKİLLƏR

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da ölkəmizi layiqincə təmsil ediblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Türkiyə Respublikasının Qars şəhərində beynəlxalq “Qış təlimi-2019” çərçivəsində Türkiyənin müdafiə naziri Hulusi Akar və digər ölkələrin təmsilçilərinin yer aldığı Yüksək səviyyəli qonaqlar günü keçirilib. Təlimin yekun mərhələsinin keçirildiyi Yüksək səviyyəli qonaqlar günündə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev də iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını uğurla yerinə yetirərək, digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra ediblər.

Beynəlxalq hərbi təlimdə iştirak edən hərbi qulluqçularımız xidmət yerlərində təntənəli mərasimlə qarşılanıblar.

Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu və təlimdə iştirak edən polkovnik Tehran Mənsimov çıxış ediblər. Bildirilib ki, təlimin bütün mərhələlərində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi hərbi qulluqçularımızın malik olduğu bilik və bacarıqdan, vətənpərvərlik hisslərindən xəbər verir. Ümumilikdə, 16 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi, bu dəfə də yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonda təlimdə iştirak etmiş heyətlə xatirə şəkli çəkdirilib.publika.az
Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdirdilər- ŞƏKİLLƏR

Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdirdilər- ŞƏKİLLƏR

Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdirdilər- ŞƏKİLLƏR



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar