Xəbər lenti
Fuad Muradova daha bir vəzifə tapşırıldı
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradova daha bir vəzifə həvalə olunub.
Manevr.az xəbər verir ki, deputat AvroNest Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinə başçılıq edəcək.
Fuad Muradov faktı qafqazinfo-ya açıqlamasında təsdiqləyib. O, qeyd edib ki, bu, deputata göstərilən etimadın nəticəsidir. Millət vəkili əlavə edib ki, etimadı doğrultmaq Azərbaycanla AvroNest PA arasındakı əlaqələrin inkişafına dəstək verəcək. Muradov bunun üçün əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd edək ki, Fuad Muradov bu vəzifədə deputat həmkarı Elxan Süleymanovu əvəzləyib.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Məclisinin AvroNestlə əməkdaşlığı heç də ürəkaçan səviyyədə olmayıb. Belə ki, 2015-ci ilin sentyabrında Avropa Parlamenti Azərbaycanla bağlı sərt tənqidi məzmunda qətnamə qəbul etmişdi. Qətnaməyə cavab olaraq Azərbaycan parlamenti AvroNest-dən çıxmağa qərar verərək sərt bəyanat yayımlamışdı.
Məhz bundan sonra Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Bakıya gəlmiş və müxtəlif səviyyələrdə görüşlər keçirilmişdi. Görüşlərdən biri də prezident İlham Əliyevin iştirakı ilə baş tutmuşdu. Dövlət başçısı Azərbaycana qarşı hazırlanan həmin qətnaməni nümayəndə heyətinin gözləri qarşısında oxuyaraq oradakı faktların həqiqətə uyğun olmadığını arqumentlərlə sübut etmişdi.
Görüşlərin nəticələrinə əsasən belə təəssürat yaranmışdı ki, artıq Avropa Parlamenti və Azərbaycan arasındakı buzlar əriyəcək və əməkdaşlığın yeni mərhələsi başlayacaq. Görünən odur ki, Azərbaycanın AvroNest-dəki təmsilçiliyinin daha gənc və kommunikasiyalı 1 kadra - Fuad Muradova həvalə olunması məhz yeni dövrün başlanğıcına hesablanıb.
Əlavə edək ki, Azərbaycanın bu qurumda təkcə sədri deyil, eyni zamanda nümayəndə heyətinin tərkibi də yenilənəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar