Xəbər lenti
"Sinəm yüz dağılmış şəhər rəsmidir, elə bilirmişəm yerə damıram!" (ŞEİRLƏR)

Bu gün istedadlı və vicdanlı şair dostumuz Hikmət Nikbinin doğum günüdü. Bu münasibətlə onu təbrik edir, xoş günlər diləyirik. Hikmət Nikbinin iki şeirini Manevr.az-ın dəyərli oxucularına təqdim edirik:
Hər bir Xalq Vətəni kimidir!
Vətənim kimiyəm, kimiyəm, Allah,
Mənim səbrim çoxdur, Sənin dözümün!
Bir gün tərk edəcəm axşamlarını,
Görməyəcəm üzən sabahını da!
Vətənim kimiyəm, kimiyəm, Allah,
Neçə acısına əkiz tayıyam...
Buludlar Şuşama üzülüb, gedir...
Duz dadı verir də mənə baharın.
Milləti kimidir, kimidir, Allah ,
Soruş Vətənimi mələklərindən!
O qədər özündən qopdu, bölündü ,
Nərgizi dərməyə boyu çatmadı.
Göy üzü, göy üzü kimiydi, Vətən,
Bir vaxt kiçik idi boyundan dəniz!
***
Göyərçin uçurur Göy üzü məndə,
Bulud da yıxılır üstümə bəzən.
Sinəm yüz dağılmış şəhər rəsmidir,
elə bilirmişəm yerə damıram!
Günəş çiçək açır... Tərləyir dəniz,
ağaclar torpağa kəndirlənibdir,
yoxsa saatların qara ağzında
bir ovuc sərinlik aparardılar!
Bütün fəsilləri çiynimdən atam,
vaxt da dolanmaya saat hesabı!
Oturam özümdən çox-çox kənarda,
çox-çox kənardakı adama deyəm:
-Əgər Tanrısansa, bəs, hanı dünyan?
Peyğəmbər imişsən kitabın hanı?
Hikmət Nikbin
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar