Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - ŞƏKİL

Tarix: 15-02-2019 10:52     Baxış: 4324 A- / A+
Prezident İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - ŞƏKİL

Polis əməkdaşları məmur postlarını "satan" 32 yaşlı Dərbənd sakini Beytulla Cavadovu saxlayıblar. Hazırda onun əməllərindən 10 nəfərin zərər çəkməsi məlumdur. Dələduz karyera pilləkəni ilə irəliləmək istəyənlərə göstərəcəyi "xidmətə" görə azı 15 milyon rubl mənimsəyib.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, Cavadov məmur postlarının satışına Dağıstan parlamentinin deputatı Leyla Kərimovanın köməkçisi olduqdan sonra başlayıb. Qurbanlarını əlindəki imkanlara inandırmaq üçün onlara respublikanın birinci şəxsləri ilə fotoşəkillərini, Azərbaycan və Rusiya prezidentlərinin saxta fəxri fərmanlarını, adlı saatlarını göstərib.

Dələduz Cavadov təhsil nazirinin müavini vəzifəsi üçün 4 milyon rubl, rayon başçısı vəzifəsi üçün 2-3 milyon, baş nazir vəzifəsi üçüncə cəmi 5 milyon rubl istəyib.

Bundan başqa, Beytulla Cavadov müəyyən məbləğ qarşılığında dövlət proqramı üzrə mənzil almaqda kömək edəcəyinə söz verib. Əlil uşağı olan ailə mənzil alınması prosesini sürətləndirmək üçün dələduza 300 min rubl verib.

Cavadov fevralın 11-də tutulub və onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə cinayət işi başlanıb. Polis dələduzun əməllərindən zərər çəkənləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
Prezident İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar