Xəbər lenti
“Nazirlər hamısı korrupsiya ilə məşğuldur” - Tanınmış vəkildən sərt ittihamlar

"Azərbaycanda yüksək vəzifədə işləyən əksər şəxslər korrupsiya ilə məşğuldur”.
BakiPost.az xəbər verir ki, bu ittihamları hüquqşünas Müzəffər Baxışov sabiq yüksək və texnologiyalar naziri Əli Abbasovun aylıq 300 000 manat xərcləməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, nazirlərin əldə etdiyi qanuni vəsaitlə gəlirləri və xərcləri uyğunsuzluq təşkil edir:
"Onların əldə etdiyi vəsaitlər, malik olduqları əmlaklar real əldə etdikləri vəsaitlərlə, maaşlarıyla uyğun gəlmir. Bu barədə MTN olayından sonra həbs edilənlərin ittiham aktında da yazılıb.
Konkret bir nazir vəzifəsində işləyən şəxs xərclədiyi vəsaiti, malik olduğu əmlakları qeyri-qanuni yolla əldə edir. Çünki nazirin əmək haqqı 1500 manatdır. Bu məbləğlə 20 milyonluq villa tikmək, 50 villaya sahib olmaq qeyri mümkündür. Belə olan halda bunun mənbəyinin korrupsiya olduğu ortaya çıxır.
Düşünürəm ki, bütün yüksək vəzifədə işləyən şəxslərin həyat şəraitini, həyat tərzini araşdırmaq lazımdır. Məmurların həyat şəraiti araşdırıldıqdan sonra ittiham irəli sürmək olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar