Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Sərkisyan bir halda İlham Əliyevə zəng edə bilər...” – Aydın Mirzəzadə

Tarix: 17-11-2016 15:35     Baxış: 5356 A- / A+
“Sərkisyan bir halda İlham Əliyevə zəng edə bilər...”


“Serj Sərkisyanın Ermənistan və Azərbaycan arasında “qaynar xətt”in olması və atəşkəs pozularkən bir-birini xəbərdar edərək, insidentin qarşısını birgə almaqla bağlı təklifi ilə növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”.

Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, ortada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi faktı var və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini tələb edir: “Bu torpaqlar 1991-1994-cü illərdə məhz Serj Sərkisyan Ermənistanın müdafiə naziri olarkən işğal edilib. Dünyanın heç bir yerində işğalçı dövlətlə torpağı işğal edilən dövlət arasında atəşkəsin pozulmasını araşdıracaq mexanizm yoxdur. Sərkisyan bu “qaynar xətti” müdafiə naziri kimi torpaqlarımızı işğal edəndə yaradaydı”.

Onun fikrincə, Ermənistan atəşkəsin pozulmasını deyil, Azərbaycanın ərazilərindən qoşunlarını çıxarmağı düşünməlidir: “O yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün üsullardan, o cümlədən hərbi yoldan da istifadə etməyi həmişə gündəlikdə saxlayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişkən, “erməni əsgəri ölmək istəmirsə, rədd olub Azərbaycan torpaqların çıxıb getməlidir”. Serj Sərkisyan yalnız bir halda Azərbaycan Prezidentinə zəng edə bilər: öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa hazır olduğunu bildirmək üçün!”.(teleqraf.com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar