Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixi filmdə yanlış: Ermənilərin Sultana sui-qəsdi - VİDEO

Tarix: 03-02-2019 09:25     Baxış: 3249 A- / A+
Tarixi filmdə yanlış: Ermənilərin Sultana sui-qəsdi
Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur tarixi seriallarından “Payitaht Əbdülhəmid”də yanlışlığa yol verilib.

Manevr.az xəbər verir ki, serialın 72-ci bölümündə Daşnaksütyun tərəfindən 1905-ci ilin 21 iyulunda Osmanlı Sultanı II Əbdülhəmidə qarşı həyata keçirilən “Ulduz” sui-qəsd cəhdi təsvir olunub.

Tarixi mənbələrə görə, Şərqi Anadolu bölgəsində müstəqil erməni dövləti yaratmaq istəyən Daşnaksütyun Federasiyası 1905-ci il iyulun 21-də Ulduz Həmidyyə məscidi qarşısında II Əbdülhəmidi öldürmək üçün bombalı hücum təşkil edir. Bu məqsədlə at arabalarından birinə 120 kq partlayıcı maddə yerləşdirilən ermənilər cümə namazından qayıdarkən II Əbdülhəmidin öldürülməsi üçün arabanı məscid yoluna yerləşdirir. Sultanın arabasına 1 dəqiqə 42 saniyəlik piyada getməsinə qədər hər şeyin hesablandığı, bütün detalları dəqiq düşünən ermənilər partlayışın təsirli alınması üçün arabaya metal parçaları doldurur, lakin sırf təsadüf nəticəsində sui-qəsd baş tutmur. Belə ki, Şeyxülislam Cəmaləddin əfəndi Əbdülhəmidə sual verdiyi üçün Sultan məsciddən vaxtından gec çıxır və ermənilərin planı iflasa uğrayır.

Terror nəticəsində 26 nəfər ölür, 58 nəfər yaralanır.

Tarixi serialın 72-ci bölümündə lentə alınan hadisə isə realdakından fərqli olaraq qış aylarında çəkilib. Filmdə sui-qəsd cəhdinin məscidin önündə deyil, məktəb açılışı zamanı edildiyi göstərilib. Bundan əlavə, bomba at arabasında partlamaq əvəzinə yerə basdırılmış vəziyyətdə təsvir olunub. Üstəlik, partlayışdan əvvəl sui-qəsd cəhdinin başında dayanan Belçika vətəndaşı Eduard Corisin Sultanı nişan aldığı göstərilir. Tarixi faktlara görə isə belə bir hadisə baş verməyib.kult.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar